Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Ukrayna parlamentində əlbəyaxa dava-dalaş olub (VIDEO)


Ukrayna parlamentində millət vəkilləri arasında daha bir əlbəyaxa dava-dalaş olub. Qarşıdurma Müxalifət Blokundan olan deputatlar rəyasət kürsüsünə qoyulmuş bir plakatı oradan götürmək istəyəndə başlanıb. Bu plakatda Rusiya prezidenti Vladimir Putinlə bağları olduğu düşünülən başqa bir millıət vəkilinin mühakimə edilməsinə çağırış vardı.

Ukrayna parlamenti – Verxovna Radanın spikeri Andriy Parubiy dekabrın 20-də Xalq Cəbhəsi Partiyası və Müxalifət Bloku deputatlarının arasında ilk “yumruq mübadiləsinin” ardınca sessiyaya fasilə elan edib.

Əlbəyaxa dava Müxalifət Blokundan Nestor Shufrych prezidiumdakı “Putinin agenti Medvedchuk mühakimə olunmalıdır!” şüarını götürəndə başlanıb.

Bunun ardınca Xalq Cəbhəsi Partiyasının deputatları Shufrych-in üstünə hücuma keçiblər. Onlar sözü gedən plakatı yerinə qoyublar.

Medvedchuk bir çoxlarının kremlyönlü hesab etdiyi Ukrayna Seçimi təşkilatının rəhbəridir.

O Kiyev və Ukraynanın şərqində Moskva tərəfindən dəstəklənən separatçılar arasında əsirlərin dəyiş-düyüşündə səhnəarxası rol oynayıb.

XS
SM
MD
LG