Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Ukrayna ordusunun keçmiş komandanı ‘xəyanət’ ittihamı ilə saxlanıb


Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Volodymyr Zamana
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Volodymyr Zamana

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Volodymyr Zamana saxlanıb və ona qarşı xəyanət ittihamı irəli sürülüb.

Baş prokuror Yury Lutsenko Facebook səhifəsində yazıb ki, Zamana fevralın 25-də saxlanıb.

Lutsenkonun bildirdiyinə görə, Zamana havadan müdafiə raket briqada və batalyonları, habelə 19 hərbi aviasiya qrupu da daxil 70 hərbi qarnizon və birləşmənin buraxılmasında və 2012-2014-cü illər arasında taktiki aviasiya briqadasını eskadronadək ixtisar etməkdə ittiham olunur.

Lutsenko yazır ki, Zamananın “qanunsuz” hərəkətləri hərbi qeydiyyatın və səfərbərlik zabitlərinin ləğvi ilə nəticələnib və bütün bunlar 2014-cü ilədək Ukrayna ordusunu zəiflədib və Rusiyanın Krımı ilhaq etməsinə, habelə ölkənin şərqində separatçı münaqişə qızışdırmasına yol açıb:

"Bunlardan əlavə olaraq Zamana Ukrayna Silahlı Qüvvələrinin Krım taktiki qrupunu donanma komandanına tabe etdirən əmr verib. Bu, nəticədə Ukrayna hərbi heyətinin Rusiya təcavüzünə müqavimətini iflic edib”.

Ukrayna hərbi prokuroru Anatoliy Matios fevralın 25-də demişdi ki, xəyanətdə şübhəli olduğu barədə Zamanaya məlumat verilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG