Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:20

Ukrayna ordusunun mətbəxində NATO standartı


Arxiv fotosu. Ukrayna hərbçiləri
Arxiv fotosu. Ukrayna hərbçiləri

Gələn ildən etibarən Ukrayna NATO ilə birgə orduda islahatlar konsepsiyası hazırlamağı planlaşdırır. Yaxın iki ayda hərbi məmurlar yeni standartlarla bağlı araşdırmalarını rəhbərliyə təqdim etməlidirlər.

Hələlik isə islahatlar çərçivəsində Ukraynada hərbi tibbi yardım və geyimlərin yeni standartı hazırlanıb. Müdafiə naziri şəxsən vəd edib ki, yeni ldən hərbçilər başqa cür qidalanacaqlar. Artıq eksperiment məqsədilə iki mətbəx işə başlayıb. Onlardan biri Lvovda Quru Qoşunları Akademiyasında, ikincisi Odessada hərbi dəniz bazasındadır. Bəs yeni mətbəxdə yeməyə nə var, nə yox?

Hərbi Akademiya, yoxsa Bakı toyu menyusu?

Lvov Quru Qoşunları Akademiyası kursantlarının naharda seçimi belədir: şorba, bir neçə növ ət və qarnirlər, salatlar, yeni tərəvəz və meyvə. Ukrayna ordusu üçün heç də səciyyəvi olmayan qida rasionu.

Akademiyada aparılan eksperiment çox dadlı görünür. Yeməkləri NATO mətbəxinin standartlarına uyğun hazırlayıblar.

Başlanğıc üçün Akademiya təchizatla bağlı kommersiya strukturlarını ləğv edib, ştatlı aşpazlar tutub, ərzağın çeşidini, siyahısını artırıb, siyahını 30-dan 250-yə qaldırıb.

“Burda ananas, banan, portağal və naringi kimi meyvələr var. Yəni, meyvə çeşidləri çoxdur. Peçenye, müxtəlif növ kolbasa var. Ət seçimi də genişdir”, - Akademiyanın arxa quru qoşunları rəsinin müavini, podpolkovnik Aleksandr Melniçuk deyir.

ABŞ ordusunda 24 cür quru yemek çeşidi...

Ancaq hətta bu cür bolluq da hələ NATO standartlarına çatmaq üçün azdır. Nümunə üçün bir rəqəm deyək. ABŞ əsgərinin sutkalıq yeməyinə 12 dollar xərclənir, Ukrayna isə üç dollar. Amerikalı hərbçilərinin 24 cür quru yemək çeşidi var, Ukrayna hərbçisinin vur-tut bir. Bu, yenidən qurulmalı olan mürəkkəb ordu sisteminin kiçik elementidir.

“Təkcə bizim hərbi qanunvericiliyi NATO standartlarına uyğunlaşdırmaq üçün 1500-ə yaxın müxtəlif sənəd dəyişdirilməlidir, bütün bunlar hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti, logistika, silahlanlanma ilə bağlıdır", - Qərb regional media mərkəzinin rəhbəri, podpolkovnik Aleksandr Poronyuk bildirir.

Bütün bunlara bir neçə il gedəcək, bunu Alyansda da başa düşürlər. NATO nümayəndələri indi Ukraynanya tez-tez səfər edirlər.

“Məqsəd Ukrayna ordusu və NATO üçün ümumi təlim platforması yaratmaqdır”, - NATO-nun planlaşdırma məsələləri üzrə strateji komandanlığının qərargah rəisinin müavini, general-mayor Eji Bijevski deyir.

NATO komandanlığı və Ukrayna Baş Qərargahı indi kadet və müəllimlərin Alyans ölkələrində təcrübə keçməsi ilə bağlı bir neçə variantı nəzərdən keçirirlər. Ukrayna hərbçiləri ölkənin NATO-ya girəcəyinə əmindirlər. Ona görə də NATO standartlarının necə işlədiyini görmək, bilmək istəyirlər. NATO-nun rəsmi dili olan ingilis dilini isə yalnız kursantlar yox, bütün zabit heyəti öyrənir.

Hələlik isə Lvov Akademiyasında nazirlik məmurlarının onların mətbəx təcrübəsini necə qiymətləndirəcəklərini gözləyirlər. İlin sonuna kimi Müdafiə Nazirliyi bu yenilikləri tənqid etməsə, bütün Ukrayna ordusu bu cür qidalanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG