Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Ukrayna və Moldova ilə Aİ üzvlüyü danışıqlarına başlanması tövsiyə olundu


Avropa Komissiyasının sədri Ursula von der Leyen
Avropa Komissiyasının sədri Ursula von der Leyen

Avropa Komissiyası ittifaq ölkələri liderlərini birləşdirən Avropa İttifaqı Şurasına Ukrayna, Moldova, habelə Bosniya və Herseqovina ilə üzvlük danışıqlarının başlanmasını tövsiyə edib.

Komissiya habelə Gürcüstana üzvlüyə namizəd statusunun verilməsini istəyib.
Bu barədə özünün X sosial media platformasında Avropa Komissiyasının sədri Ursula von der Leyen yazıb.

Onun sözlərinə görə adı çəkilən üç ölkə Avropa İttifaqına daxil olmaq üçün zəruri islahatlar sahəsində kifayət qədər irəliləyib.

Məmurun postunda deyilir ki, “Ukrayna varlığı uğrunda müharibə aparsa da, dərin islahatları həyata keçirə bilib”.

Onun sözlərinə görə Moldova da “xaricdən onun demokratiyasını sarsıtmaq cəhdlərinə” baxmayaraq islahatları uğurla həyata keçirir.

Von der Leyen bildib ki, Ukrayna Avropa İttifaqı tərəfindən təklif olunmuş islahatların 90 faizindən çoxunu həyata keçirib.

Lakin Avropa Komissiyasının hesabatında deyilir ki, Kiyev hələ bir sıra islahatları da həyata keçirməlidir.

Gürcü xalqının canatımı var, amma hökumət

Gürcüstana gəlincə isə Avropa Komissiyası ölkə vətəndaşlarının Avropa icmasına inteqrasiyaya canatımını yüksək qiymətləndirir, amma bu canatımı Gürcüstan hakimiyyətinin konkret qərarları ilə ifadə olunmalıdır.

Aİ rəhbərliyi etiraf edir ki, Gürcüstan hökuməti bir sıra sahələrdə, o cümlədən “deoliqarxizasiya” və antikorrupsiya bürosunun yaradılması sahəsində bəzi uğurlar qazanıb.

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Komissiyasının qərarını “tarixi hadisə” adlandırıb.

Avropa Şurası Avropa Komissiyasının tövsiyələrinə dekabrın ortalarında keçiriləcək sammitində baxacaq.

Bu da qeyd olunur ki, Avrokomissiyanın tövsiyələri Avropa liderləri üçün icbari deyil.

Məsələn Macarıstan və Slovakiya Ukraynanın üzvlüyü ilə bağlı müəyyən tərəddüdlər ifadə edirlər.

Avropa İttifaqının genişləndirilməsinə dair illik hesabat bundan əvvəl bir neçə dəfə təxirə salınıb.

XS
SM
MD
LG