Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ukrayna siyasi qalmaqala görə Eurovision yarışına təmsilçi göndərə bilmir


Müğənni MARUV Soçidə keçirilən "Dalğa 2018" gənc istedadlar müsabiqəsində
Müğənni MARUV Soçidə keçirilən "Dalğa 2018" gənc istedadlar müsabiqəsində

Ukraynanın milli ictimai teleradio şirkəti müğənni MARUV-u Eurovision mahnı yarışına göndərməməyi qərara alıb. Əsl adı Anna Korsun olan müğənni bu yaxınlarda Ukrayna milli müsabiqəsinin qalibi olmuşdu.

Müğənninin Eurovision yarışına göndərilməməsinə onun Krımın ilhaqından sonra Rusiyaya səfər etməsi səbəb olub.

Bu da bəlli olub ki, Korsun Rusiyaya gələcəkdə də qastrollara getməyi planlaşdırıb.

Ukrayna teleradio şirkəti müğənniyə bildirib ki, o Eurovision yarışının siyasiləşdirilməməsi üçün orada iştirakçı ola bilməz.

Fevralın 23-də Korsun Eurovision-2019 yarışının milli seçmə mərhələsinin qalibi olmuşdu və may ayında Tel Əvivdə keçiriləcək mahnı müsabiqəsinə göndəriləcəkdi.

Canlı efirlər zamanı müğənnidən Rusiyanın təcavüzkar olub-olmadığı barədə soruşanda onun cavabı belə olurdu ki, prezidentin pis olması həmin ölkədə yaşayan bütün insanların pis olması demək deyil.

Lakin MARUV qəti şəkildə bildirirdi ki, Krım Ukraynanın tərkib hissədir.

Ukrayna teleradio şirkətinin qərarında deyilir ki, mahnı müsabiqəsinə seçmə prosesinə“təcavüzkar dövlətin siyasi qüvvələrinin, mədəniyyət xadimlərinin müdaxiləsi milli seçimin nəticəsini həddən artıq siyasiləşdirib”.

Müğənni Facebook səhifəsində yazır ki, müsabiqədə iştirakın şərtlənlərindən biri də Rusiyada qastrollardan imtina edilməsiydi və bu səbəbdən də onunla müqavilə imzalanmayıb:

"Əvvəl də dediyim ki, Rusiyada konsertlər bizim üçün prinsipial məsələ deyildi. Əsas mübahisələri müqavilənin başqa şərtləri yaradırdı. Mən bu şərtlərlə müqaviləni imzalasaydım, boyunduruğa düşərdim. Mən Ukrayna vətəndaşıyam, vergi ödəyirəm və Ukraynanı sevirəm. Lakin şüarlarla çıxış etməyə, müsabiqədə iştirakımı bizim sityasətçilərin aksiyasına çevirməyə hazır deyiləm. Mən siyasət oyununda vasitə yox, musiqiçiyəm”.

Müğənni müsahibələrində ondan məhz hansı siyasi şüarların tələb edildiyini deməyib. MARUV-un Ukraynada ən kəskin tənqidçisi baş nazirin müavini Vyacheslav Kirilenkodur.

O bir neçə gündür Facebook səhifəsində yazdığı postlarda bildirirdi ki, Rusiyada çıxış edən müğənninin Ukraynanı təmsil etmək haqqı yoxdur.

Ukraynalı prodüser İgor Kondratyuk deyib ki, baş vermiş münaqişəyə görə müsabiqə təşkilatçıları məsuliyyət daşıyırlar:

"Bu iştirak qaydalarını yazanlar üçün rüsvayçılıqdır”.

Prodüserin firkincə gələcək ixtilafların baş verməməsi üçün iştirakçıların siyahısı əvvəlcədən öyrənilməli idi.

O düşünür k, siyahı əvvəlcədən yoxlansaydı, müharibənin beşinci ilində Rusiyada konsertlər verən bir adam Ukraynanın Eurovision namizədlərinin sırasına düşməzdi.

İndi Ukraynada Eurovision yarışına kimin gedəcəyi bəlli deyil. Milli teleradio şirkəti yeni namizəd tapacağını bildirib.

MARUV bu müsabiqədə siyasi təlatümə səbəb olan yeganə müğənni deyil.

Məsələn, müsabiqənin gedişində məlum olub ki, iştirakçı Yulia Yurina ümumiyyyərtlə Rusiya vətəndaşıdır.

Anna-Maria bacıları da Krımın hansı ölkəyə aid olması, Ukraynanın şərqində nələrin baş verməsi barədə suallara cavab verə bilməyiblər.

Üstəlik AzadlıqRadiosuna məlum olub ki, ekizlərin anası 2014-cü ildə ilhaq edilmiş Krıma Rusiya tərəfindən yerli hökumətin baş nazir müavini təyin edilib.

Hələ bu da hamısı deyil. Qızların anası Rusiyanın təsis etdiyi “Krımın qaytarılmasına görə” ordeninə layiq görülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG