Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:15

Ukraynada koronavirusdan rekord ölüm


Ukrayna, Krım
Ukrayna, Krım

ABŞ-da əhalinin 67 faizindən çoxu tam peyvəndlənib. Yoluxmalarda azalma səbəbindən bəzi məktəblər maska qaydalarını yüngülləşdirməyi nəzərdən keçirir

Rusiyada da son 24 saat ərzində koronavirusdan rekord ölüm qeydə alınıb – 1106 nəfər. Rəsmi qurumlar 36 min 446 yeni yoluxmanın aşkarlandığını deyirlər. Bir gün öncə bu rəqəm 37 min 930 idi.

Noyabrın ilk həftəsi Rusiyada qeyri-iş günləri olacaq. Moskva isə oktyabrın 28-dən qismən lokdauna gedir. Yalnız apteklər və supermarketlər işləyəcək.

Rəsmi qurumlar ölüm və yoluxmaların artmasını vaksinasiya səviyyəsinin zəifliyi ilə izah edirlər. Prezident Vladimir Putin peyvənd vurduranlara iki gün ödənişli istirahət verməyi əmr edib.

***

Ukraynada son 24 saat ərzində koronavirusdan 734 nəfər vəfat edib. Rəsmi orqanlar məlumatı oktyabrın 26-da yayıb.

Son yoluxma sayı 19 mindən çoxdur. İndiyədək Ukraynada koronavirusa 2.8 milyon yoluxma, 65 minə yaxın ölüm aşkarlanıb.

Oktyabrın 22-dən yoluxma səviyyəsi yüksək olan ərazilərdə, o cümlədən paytaxt Kiyevdə məktəblər bağlanıb, iki həftəlik tətil elan olunub.

Hökumət bəzi qadağalar da tətbiq edib. Artıq paytaxtda ictimai nəqliyyatda vaksin sertifikatı, yaxud mənfi test nəticəsi tələb olunur.

Ölkənin 41 milyonluq əhalisindən 6.8 milyonu tam peyvəndlənib.

5-11 yaşlılarla bağlı hansı qərar veriləcək

Birləşmiş Ştatlarda COVID-19-a yolyxmaların azalmasına baxmayaraq, bir çox səhiyyə rəsmiləri yoluxma səviyyəsini azaltmaqdan ötrü azyaşlılara peyvənd vurulmasını vacib sayırlar.

ABŞ Qida və Dərman Administrasiyası Pfizer/BioNTech şirkətinin 5-11 yaşlılara peyvənd vurulması üçün müraciətini nəzərdən keçirir. Oktyabrın 26-da qurum müşavirlərinin rəyi açıqlanmalıdır.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) müşavirləri isə vaksinlə bağlı tövsiyələrə gələn həftə baxacaq. CDC Direktoru Roşel Valenski agentliyin sürətlə davranmaq istədiyini açıqlayıb.

“Bir çox valideynin 5-11 yaşlı övladlarına vaksin vurdurmaq istədiyini bilirik və bacardığımız qədər sürətlə hərəkət edəcəyik”, – o deyib.

28 milyon uşaq

Qərar verilsə, ABŞ-da 28 milyonadək uşağa peyvənd vurulmasına yol açılmış olar. Ancaq COVID-19 vaksininin əleyhinə olan xeyli valideynin uşaqlarına peyvənd vurulmasına qarşı çıxacağı gözlənilir.

Hazırda ölkə əhalisinin 67 faizindən çoxu tam peyvəndlənib. Yoluxmalarda azalma səbəbindən bəzi məktəblər maska qaydalarını yüngülləşdirməyi nəzərdən keçirir.

Sentyabrın ortasında pik həddə yüksələn yoluxmalar günə ortalama 73 minə düşüb. Xəstəxanada olan COVID-19 xəstələrinin sayı isə 47 minədək azalıb, yəni sentyabrın əvvəlindən yarıbayarı azalma var.

Amma koronavirusdan ölüm son həftələr heç də azalmır, günə 1700-ə yaxındır. Üstəlik, noyabrda yoluxma və hospitalizasiya göstəricilərində yüksəlmə proqnozlaşdırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG