Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Ukrayna NATO və Avropa İttifaqına üzvlük niyyətini Konstitusiyaya daxil edir


Prezident Petro Poroshenko fevralın 7-də Verxovna Radada çıxış edib
Prezident Petro Poroshenko fevralın 7-də Verxovna Radada çıxış edib

Ukrayna parlamenti Verxovna Rada NATO və Avropa İttifaqı üzvlüyünü ölkənin strateji məqsədi kimi təsbit edən Konstitusiya düzəlişini son oxunuşda qəbul edib.

Fevralın 7-də keçirilmiş sessiyada bu düzəliş 334-17 nisbəti ilə qəbul olunub.

Səsvermədən əvvəl millət vəkillərinə müraciət edən prezident Petro Poroshenko deyib ki, 7 fevral “Ukrayna üçün tarixi gündür”.

O sözü gedən düzəlişin qəbulunu son nəticədə Avroatlantika strukturlarına inteqrasiya yolunda “daha bir mühüm addım” adlandırıb.

Bu qanun layihəsi noyabrın 22-də birinci oxunuşda qəbul olunmuşdu və indi ictimaiyyətə elan edilən kimi qanun qüvvəsinə minəcək.

Poroshenko deyib ki, Rusiyanın Ukrayna üzərinə hücumu bir sıra Ukrayna siyasətçilərinin, neytrallığın Ukrayna təhlükəsizliyinin əsası olduğu barədə ideyanı təbliğ etməsinin nəticəsində mümkün olub.

Bu ilin martında keçiriləcək prezident seçkisinə qatılacaq Poroshenko moskvayönlü Viktor Yanukovych kütləvi etirazlar əsnasında Rusiyaya qaçandan sonra prezident olub.

Bu etirazlar 2013-cü ilin noyabrında Yanukovych Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanması qərarını son anda ləğv etdikdən sonra başlanmışdı.

Yanukovych Rusiyaya qaçandan bir ay sonra, 2014-cü ilin fevralında Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib.

Bundan az sonra Moskva Ukraynanın şərqindəki separatçılara dəstək verərək vətəndaş münaqişəsini qızışdırıb.

Assosiasiya Sazişi 2014-cü ildə Petro Poroshenko tərəfindən imzalnıb.

Ukraynanın Avropa İttifaqı və NATO-ya qoşulması üçün bu blokların bütün üzvlərinin bu təşəbbüsü dəstəkləməsi zəruridir. Üzvlər arasında isə hələlik belə bir yekdillik yoxdur.

Lakin təhlilçilərin fikrincə Konstitusiya dəyişikliyi daha çox Kiyevin Moskvaya və Qərbə verdiyi siyasi müsajdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG