Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 11:21

Kiyevdə 'Ana vətən' heykəlinə Ukrayna gerbi yerləşdirilir


Kiyev
Kiyev

Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Ana Vətən” monumentindəki SSRİ gerbi sökülərək Ukrayna gerbi ilə əvəz edilir.

Bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qadın heykəlinin sağ əlində tutduğu qalxanda təsvir edilən SSRİ gerbi artıq sökülüb və bunun əvəzinə Ukrayna dövlətinin gerbi yerləşdirilir.

Kiyev, Ukrayna
Kiyev, Ukrayna

Monumentdə aparılan dəyişikliyin avqustun 23-ə qədər bitəcəyi gözlənilir. Həmin tarix Ukraynada "Bayraq Günü" olaraq qeyd olunur.

Kiyev, Ukrayna - 5 avqust, 2023
Kiyev, Ukrayna - 5 avqust, 2023

Qeyd edək ki, "Ana-vətən" monumenti 1981-ci ildə inşa edilib. Əlindəki 16 metrlik qılınc ilə birlikdə monumentin ümumi hündürlüyü 102 metr, çəkisi isə 560 tondur. Kiyevin mərkəzində yerləşən monument SSRİ-nin İkinci Dünya Müharibəsində əldə etdiyi zəfərin xatirəsini yad etmək məqsədi ilə inşa olunub.

Kiyev, Ukrayna
Kiyev, Ukrayna
Kiyev, Ukrayna
Kiyev, Ukrayna

Ukraynanın paytaxtında yerləşən monument Avropanın ən hündür abidəsi hesab edilir.

Ukrayna mədəniyyət naziri Rostislava Karandeyeva abidədə aparılan dəyişikliklər barədə jurnalistlərə açıqlama verib.

Karandeyevanın sözlərinə görə, monumentdən sökülən Sovet gerbi eyni ərazidə yerləşən İkinci Dünya Müharibəsi Tarixi muzeyində sərgilənəcək.

Azadlıq Radiosunun Ukrayna xidmətinin xəbərinə görə, "Ana Vətən" monumentinin adının da dəyişilməsi barədə müzakirələr aparılır. Bu dəyişikliyin Ukraynanın Müstəqillik günündə baş verəcəyi gözlənilir.

XS
SM
MD
LG