Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:38

Ukrayna kilsəsinin müstəqilliyi tanındı


Dünya pravoslavlarının baçmısı I Bartholomew
Dünya pravoslavlarının baçmısı I Bartholomew

Konstantinopol Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinin tanınmasına razılıq verib. İstanbulda yerləşən patriarxlığın bu qərarı Ukrayna prezidenti Petro Poroshenko tərəfindən alqışlansa da, Moskva tərəfindıən “fəlakətli” adlandırılıb.

Oktyabrın 11-də İstanbulda patriarxI Bartholomew-nun sədrliyi ilə keçirilən sinod iclasında Kiyev patriarxlığının pravoslav kilsəsinə müstəqillik və ya kilsə dilində deyilrəsə, avtokefallıq verilməsi prosesinə başlanması barədə qərar qəbul olunub.

Dünya boyunca 300 milyon pravoslav xristianın rəhbəri olan İstanbul patriarxı pravoslavların ən ali ruhanisi sayılır.

https://www.patriarchate.org/-/communiq-1 The synod, however, made sure to warn against violence and attempted property takeovers.

İstanbul patriarxının bu qərarı faktiki olaraq Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılması deməkdir.

Buna görə də Rusiya Pravoslav Kilsəsi bu qərarı “fəlakətli” adlandırıb.

Oktyabrın 11-də Rusiya Pravoslav Kilsəsinin başçısı patriarx Kirillin sözçüsü Aleksandr Volkov televizitya ilə çıxışnda deyib ki, İstanbul patriarxlığı “qırmızı xətti keçib”.

Bundan əvvəl patriarx Kirill demişdi ki, Rusiya Pravoslav Kilsəsi İstanbul patriarxlığı ilə bütün münasibətlərini kəsəcək.

Ukraynada hazırda üç pravoslav kilsəsi var. Bunlardan Ukrayna Pravoslav Kilsəsi Moskva patriarxlığına sadiq qalır.

Kiyev patriarxlığının Ukrayna Pravoslav Kilsəsi və Ukrayna avtokefal pravoslav kilsəsi Moskva patriarxlığından ayırldıqlarıbı bildiriblər.

Bu üç kilsə dini ayinlərin icrası baxımından fərqlənmir, lakin onların arasında müstəqillik məsələsinə münasibətdə ciddi fikir ayrllıqları mövcuddur.

Rusiya Pravoslav Kilsəsi ilə yanaşı bu kilsəslər də öz tarixlərini qədim Kiyev rus dövlətinə bağlayır.

Kiyev patriarxlığına 89 yaşlı patriarx Filaret rəhbərlik edir. O bir vaxt Rusiya Pravoslav Kilsəsinin rəhbəri olmağa namizəd idi.

Xəbər verilir ki, İstanbul patriarxlığının qərarı prezident Poroshenko tərəfindən alqışlanıb.

O deyib ki, sinodun qərarı “Moskvanın imperiya xülyalarını və şovinist fantaziyalarını puç edib”.

Buna baxmayaraq, təhlilçilərin fikrincə Kiyev patriarxlığına müstqillik verilməsi gərginlik və zorakılığa səbəb ola bilər.

Rusiya Pravoslav Kilsəsi və Kiyev patriarxlığı Poçayivdəki 11-ci əsr mağara monastrının sahibliyi iddiasındadırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG