Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:10

Odessa hava limanı, Kiyev metrosuna kiberhücum edildiyi xəbər verilir


Ukraynadan alınan xəbərlərdə deyilir ki, Odessa hava limanı oktyabrın 24-də kiberhücuma məruz qaldıqdan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Paytaxt Kiyevdə metronun odəniş sisteminə də haker hücumunun olduğu xəbər verilib.

Xəbərlərdə deyilir ki, hazırda Odessa beynəlxalq hava limanının bütün kompüter sistemləri ciddi nəzarət altında işləyir.

Odessa Ukraynanın ən böyük aeroportlarından biridir. Bu hava limanı ölkəni keçmiş Sovet İttifaqının, Qərbi Avropanın, habelə Asiya və Afrikanın mühüm şəhərləri ilə birləşdirir.

Kiyev metrosunun Facebook səhifəsində istifadəçilərə bildirilir ki, kartla ödəniş sistemi müvəqqəti olaraq dayandırılıb.

Ukraynanın kiberpolisi bildirir ki, hazırda haker müdaxiləsi ilə bağlı bütün insidentlərə baxılır.

Bu da qeyd olunur ki, ölkə üzərinə kütləvi kiberhücum baş verməyib.

XS
SM
MD
LG