Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 23:05

Ukrayna 35 kamikadze dronunu vurduğunu bildirir


Kiyevə hücum
Kiyevə hücum

Kiyevin hərbi komandanlığı mayın 8-nə keçən gecə Ukrayna ərazisinə hücum edən 35 kamikadze dronunu və 16 raketi vurduğunu bildirib. Bu arada Ukrayna kəşfiyyatı, 9 May – 2-ci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin ildönümündə Rusiyanın təxribatlarının mümkünlüyü ilə bağlı xəbərdarlıq edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 8-də bildirib: “Düşmən İranın “Şahed” pilotsuz təyyarələrindən istifadə edib. Bütün kamikadze dronları müdafiəçilərimiz tərəfindən məhv edilib”.

Raket zərbələrinin Xarkov, Xerson, Nikolayev və Odessa vilayətlərini hədəf aldığı, insan tələfatına səbəb olduğu bildirilir. “Təəssüf ki, ölən və yaralanan dinc sakinlər var. Çoxmərtəbəli binalar, şəxsi evlər və digər mülki infrastruktura ziyan dəyib”, – Baş Qərargah əlavə edib.

Bundan əvvəl isə Kiyev meri Vitali Kliçko bildirib ki, dron zərbəsindən binalara və infrastruktura ziyan dəyib, 5 nəfər xəsarət alıb.

“Təxribat” xəbərdarlığı

Mayın 7-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 9 May Qələbə günü ərəfəsində Rusiyanın “təxribatları” barədə xəbərdarlıq edib. Kəşfiyyat orqanının nümayəndəsi Andriy Yusov bildirib ki, Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etdikdən və Ukraynanın şərqindəki separatçılara dəstək verəndən bəri bu taktikaya əl atıb. “Düşmən bunun üçün çox vaxt simvolik tarixlər seçir. Bu vəziyyətdə təxribatlar Rusiya xüsusi xidmət orqanları tərəfindən Rusiyanın mülki əhalisinə qarşı yönəldilə və müəyyən tarixlərə təyin oluna bilər”, – o, sözlərinə əlavə edib.

Yusov həmçinin Belarusu Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin cəlb etmək niyyətilə “saxta bayraq” insidentinin mümkünlüyü barədə xəbərdarlıq edib.

Ukrayna prezidenti Volodimir Zelenski mayın 8-də videomüraciətində deyib ki, İkinci Dünya Müharibəsində nasist Almaniyası əzildiyi kimi, Rusiya qüvvələri də onun ölkəsində məğlub ediləcək.

"Müasir Rusiyanın geri qaytardığı bütün köhnə pisliklər, nasizm kimi məğlub olacaq", – Zelenski vurğulayıb.

Bu arada Ukrayna rəsmiləri Baxmutda döyüşlərin intensivləşdiyini bildirib.

Bu il Rusiyanın 20-dən çox şəhərində Qələbə Günü paradları ləğv edilib. Moskvadakı bayram tədbirlərinin miqyası isə azaldılıb.

XS
SM
MD
LG