Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Ukrayna ABŞ-ın verdiyi silahı nümayiş etdirir


Ukrayna əsgəri Javelin antitank raketini sınaqdan çxıarır
Ukrayna əsgəri Javelin antitank raketini sınaqdan çxıarır

Ukrayna ona ABŞ tərəfindən verilmiş təkmil antitank raket sistemi Javelin-in döyüş qüdrətini nümayiş etdirib. Prezident Poroshenko bu hadisəni “yuxuların çin olması” adlandırıb.

Prezident mayın 22-də Javelin sisteminin ən sonuncu - üçüncü nəslinin sınaqdan çıxarılması mərasimində deyib: “Nəyahət həmin gün gəlib çatdı. Sağ olsunlar, onların sayəsində Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artır”.

AzadlıqRadiosu Ukraynaya 37 Javelin kompleksinin, iki ehtiyat dəstin və 210 raketin gətirildiyini hələ aprel ayında xəbər vermişdi.

ABŞ Dövlət Departamenti təxmini qiyməti 47 milyon dollar olan bu silahların Ukraynaya verilməsi barədə qərarı mart ayında qəbul edib.

Poroshenko may-ın 22-də Ukraynaya verdikləri dəstək üçün prezident Donald Trump-a, vise-prezident Mike Pence-ə, müdafiə naziri James Mattis-ə, dövlət katibi Mike Pompeo-ya şəxsən təşəkkür bildirib.

Kiyev və Vaşinqton bəyan ediblər ki, Javelin silahları Ukraynanın Rusiya təcüvüzünə qarşı uzunmüddətli müdafiəsini təmin edəcək.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu silahların verilməsi Moskva ilə Vaşinqton arasındakı gərginliyi daha da qızışdıracaq və Kiyevi “məsuliyyətsiz hərbi qərarlara” sövq edəcək.

Poroshenko bir daha vurğulayıb ki, bu silahlar müdafiə xarakteri daşıyır və yalnız Ukrayna qoşunları Rusiya Federasiyasından hücuma məruz qaldıqda istifadə olunacaq.

ABŞ-ın Ukraynadakı xüsusi elçisi Kurt Volker deyib ki, Javelin raketləri Ukraynanın Donetsk və Luqansk rayonlarındakı separatçılarla cəbhə xəttindən uzaqda, təhlükəsiz bir yerdə saxlanacaq.

Javelin raketlərinin Ukraynaya gətirildiyi ərəfədə, mayın 21-də ATƏT-in bu ölkədəki xüsusi monitorinq missiyası bildirib ki, son bir neçə gün 2015-ci ildə əldə edilmiş sazişdən bu yana ən ağır həftə olub. Bu həftə ərzində dinc əhalinin yaşadığı ərazilər ağır silahlardan atəşə tutulub.

Sınaqdan çəkilmiş videolarda düzənlikdəki tankın Javelin-lə vurulması görüntülənib. Bu kadrlarda Poroshenko məmnunluqla gülümsəyir.

Prezident deyib: “Siz əsgərlərin şad üzlərini görürsünüz. Bu gün bizim yuxularımız gerçək olub. Bu günün simvolik mənası var. Çünki bu, bizim amerikalı tərəfdaşlarla əməkdaşlığımızın simvoludur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG