Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:43

Ukrayna Azərbaycanda həbsdə olan blogeri deportasiya etmədiyini bildirir


Elvin İsayev
Elvin İsayev

Ukraynanın Dövlət Miqrasiya Xidməti Azərbaycandan olan müxalifət blogeri Elvin İsayevin Bakıya deportasiya olunmasına dair heç bir vaxt qərar qəbul etmədiyini bildirib.

Azərbaycanın Dövlət Miqrasiya Xidməti dekabrın 14-də bildirmişdi ki, İsayev Baş Prokurorluğun ağır cinayətlər şöbəsinin xəttilə ilə axtarışa verilmişdi və bundan iki gün əvvəl “Ukrayna miqrasiya qanunlarını pozduğuna görə” deportasiya edilib.

Lakin Ukrayna Dövlət Miqrasiya Xidməti yanvarın 29-da AzadlıqRadiosuna bildirib ki, “Elvin İsayevin zorla qaytarılması və ya zorla ölkədən çıxarılmasına dair heç bir rəsmi qərar olmayıb”.

İsayev Azərbaycana gəldikdən sonra Bakı məhkəməsinin 22 avqust tarixli qərarı ilə məhkəməyə qədər saxlanıb.

Azərbaycan tərəfi onun hansı əsaslarla həbs edildiyi və hansı ittihamlarla üzləşdiyinə dair heç bir məlumat verməyib.

Onun deportasiyası Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin dekabrın 16-18-də Bakıya səfəri ərəfəsində baş verib.

Ukraynanın Baş Prokurorluğu dekabrın 23-də AzadlıqRadiosuna bildirmişdi ki, İsayevin deportasiyasına göstəriş verilməyib.

İsayev 1998-ci ildə Rusiyaya köçüb. O yazdığı bloqda İlham Əliyevi “diktator” adlandırmışdı.

O habelə Azərbaycandakı korrupsiya hallarından yazırdı.

Avqustun 26-da Sankt Peterburq məhkəməsi İsayevin Rusiyadan çıxarılmasına və onun Rusiya Federasiyası vətəndaşlığından məhrum edilməsinə dair hökm çıxarıb.

İsayev 2001-ci ildən bəri Rusiya vətəndaşı idi. Buna baxmayaraq o xarici vətəndaşlar üçün nəzərdə tutulmuş müvəqqəti saxlama təcridxanasına yerləşdirilmişdi.

Onun Azərbaycana deportasiyası qərarı Avropa İnsan Haqları Məhkəməsinin qərarına uyğun olaraq ləğv edilmişdi.

O elə həmin vaxt Ukraynaya gəlmişdi.

Lakin dekabrın 12-dən etibarən Ukrayna mediası İsayevin Kiyevdən yoxa çıxması barədə məlumat verirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG