Keçid linkləri

2026, 05 Avqust, çərşənbə, Bakı vaxtı 01:55

İran Ukraynanı vurmağa hazır olduğunu, fikrindən daşındığını iddia edir

Möhsün Rezayi
Möhsün Rezayi

Ötən ay Ukrayna Xəzər dənizində İranın yük gəmisini hədəfə alandan sonra Tehran Ukraynanı vurmağa hazır olub, amma son anda hücumu təxirə salıb. Bunu İranın ali liderinin müşaviri Möhsün Rezayi deyib.

"Ukraynada üç nöqtəyə zərbə endirməyə hazır idik. Lakin onlar hücumun səhvən baş verdiyini deyəndən sonra bu iddianı araşdırmaq üçün cavab hücumunu dayandırdıq", – Rezayi avqustun 3-də dövlət televiziyasına bildirib.

"İstənilən halda onlar bu hücumun bədəlini ödəyəcəklər", – o əlavə edib.

Kiyev bu açıqlamanı hələlik şərh etməyib.

Tehran iddia edir ki, hədəfə alınan gəmi mülki yük daşıyırdı, Ukraynanın zərbəsindən bir iranlı dənizçi həlak olub. Ukrayna isə bildirib ki, gəmi İrandan Rusiyaya dron və raket komponentləri aparırdı.

İyulun 25-də Xəzər dənizindəki insidentdən az sonra Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb, Kiyevin gərəksiz eskalasiya istəmədiyini bildirib.

"Məqsədimiz bütün bu hadisələrin əsas səbəbi olan Rusiyanın təcavüzünə qarşı dayanmaqdır, bütün təxribatlar, insan tələfatına görə tam məsuliyyət Rusiyanın üzərinə düşür", – Sibiqa vurğulayıb.

Son illər İran və Rusiya sıx hərbi əməkdaşlıq edir. Tehran Moskvaya özünün istehsal etdiyi döyüş dronları verib, Rusiya da onlardan Ukraynaya qarşı müharibədə istifadə edib. Kiyev İranın beləliklə Rusiyanın müharibəsində şərikə çevrildiyini bildirir.

Xəzər dağıdıcı müharibə meydanına çevrilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00


XS
SM
MD
LG