Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:09

Ukrayna diplomatları Rusiyada həbs edilmiş yeniyetməyə baş çəkiblər


Pavlo Hrib avqust ayında Belarusda yoxa çıxmışdı
Pavlo Hrib avqust ayında Belarusda yoxa çıxmışdı

Ukrayna diplomatları Rusiyada terrorizmlə bağlı ittihamlarla həbs edilmiş ukraynalı yeniyetməyə o saxlanandan bəri ilk dəfə baş çəkə biliblər.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Mariana Betsa Twitter hesabından yazıb ki, konsullar sentyabrın 18-də Pavlo Hriblə görüşüblər.

Lakin Betsa yazır ki, ukraynalı həkimlərin Hribi müayinə etmələrinə imkan verilməyib.

Yeniyetmənin atası İhor Hrib bundan əvvəl demişdi ki, oğlunun səhhəti problemlidir və buna görə də onun xüsusi müalicə və dərmanlara ehtiyacı var.

19 yaşlı Hrib ötən avqustda Belarusa səfər edəndən bəri yoxa çıxmışdı. O Belarusa internetdə tanış olduğu qızla görüşmək üçün getmişdi. Hribin qohumları ehtimal edirlər ki, yeniyetmə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən qurulan tələyə salınıb.

Hribin Rusiyada təcridxanada saxlandığı barədə məlumatı da Kiyevə elə FTX vermişdi. Rusiya xəfiyyələri deyirdilər ki, Hrib terrorizm aktında iştirak etdiyinə dair şübhələrlə bağlı həbs edilib.

İhor Hrib AzadlıqRadiosuna deyib ki, oğlu sosial mediada Rusiyanın Ukraynaya müdaxiləsinə dair kəskin tənqidi postlar yazırdı.

Ukraynanın Xarici İşlər Nazirliyi sentyabrın 8-də Hribin həbsi ilə bağlı etiraz bildirmiş və Moskvadan ona Ukrayna diplomatları ilə görüş verilməsini tələb etmişdi.

Kiyev habelə Hribin həbsinə təfərrüatlı izahat istəyirdi.

Ukrayna XİN Rusiyanın Ukrayna vətəndaşlarını Rusiyada və başqa yerlərdə təqib və mühakimə etməkdə günahlandırıb.

Kiyev bildirib ki, Rusiya Ukrayna vətəndaşlarını saxta ittihamlar əsasında ədalətsiz məhkəmələrdə mühakimə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG