Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 06:12

Ukrayna Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb


Ukraynada hərbi təlim

Ukrayna dekabrın 3-dən Rusiya sərhədi yaxınlığında-Çerniqov vilayətində taktiki hərbi təlimlərə başlayıb.

Bu təlimlər, Rusiyanın bu günlərdə 3 Ukrayna gəmisini Qara dənizdə zəbt etməsindən sonra tətbiq edilmiş hərbi vəziyyət rejimi fonunda keçirilir.

Tank və digər zirehli maşınların iştirakı ilə keçirilən təlimlərdə quru hücumlarının qarşısının alınması məşq edilir.

Təlimlərin açılışını Ukrayna ordusunun komandanlığı, prezident Petro Poroshenko, ABŞ-ın Avropadakı quru qoşunlarının baş komandanı Kristofer Kavoli və Kanada quru qoşunlarının baş komandanı Jan Mark Lante müşahidə edib.

Həmçinin dekabrın 3-dən Ukraynanın hərbi vəziyyət rejimi elan edilmiş bölgələrində ehtiyattda olan qüvvələrin səfərbərliyi başlanıb.

Qeyd edək ki, Ukrayna 3 gəmisinin zəbtindən sonra Rusiya ilə sərhəd bölgələrində 30 günlük hərbi vəziyyət rejimi tətbiq edib.

Rusiya Ukrayna gəmilərinin onun ərazisinə daxil olduqlarını iddia edir və bunu təxribat sayır.

Ukrayna isə deyir ki, ikitərəfli razılaşmaya görə tərəflər Qara və Azov dənizindən birgə istifadə edə bilərlər.

Beynəlxalq aləm Rusiyanın bu addımını kəskin pisləyib və heyət üzvləri də daxil olmaqla gəmiləri təcili buraxmağa çağırıb.

XS
SM
MD
LG