Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

Rusiya yeni hücumla əks-hücumu ləngitməyə çalışarkən Ukrayna...


Ukraynada mobil hava hücumundan müdafiə qruplarının hərbi təlimi.
Ukraynada mobil hava hücumundan müdafiə qruplarının hərbi təlimi.

Ukraynalı əsgər Oleksandrın "Stinger" raket qurğusunu daşıyan "Humvee"nin üzərində çəkdiyi 12 Ukrayna embleminin hər biri vurduğu Rusiya hədəfini təmsil edir.

Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri 26-yaşlı əsgər iki "Su-25" döyüş təyyarəsini, iki "K52" hücum helikopterini, altı "Orland" və iki "Şahed" pilotsuz təyyarəsini məhv etdiyini deyir. O və "Humvee" sürən əsgər yoldaşı Oleh keçən gecə yatmasalar da, əhvalları yaxşı idi. Ukrayna paytaxtında hava xəbərdarlığı verildikdən sonra onlar Rusiya raket və dronlarını hədəfə almağa hazır idılər.

Rusiya aprelin sonunda, təxminən iki aylıq durğunluqdan sonra Ukraynaya, xüsusən də Kiyevə olan hücumları intensivləşdirib.

"Ötən ay Kiyev 11 dəfə hücuma məruz qalıb. Hücumlar gərgin keçsə də, bu, insanın öyrəşməyəcəyi bir şey deyil", - deyən Oleksandr Rusiyanın yeni taktikalarına uyğunlaşdıqlarını və bunun Ukraynanın hava hücumundan müdafiəsini daha da yaxşılaşdırdığını bildirib.

Ukraynanın işğalın əvvəlindən Rusiyanın hücumlarını dəf etmək üçün işlətdiyi əsas hava hücumundan müdafiə sistemləri Sovetdən qalma uzaqmənzilli "S-300" və ortamənzilli "Buk"lardır. Hava hücumları ilə bağlı daha çox yardım üçün aylarla edilən çağırışlardan sonra Ukrayna "IRIS-T", "NASAMS", "Crotale", "Gepard" kimi Qərb istehsalı olan yeni sistemlər və ABŞ istehsalı olan "Patriot" raket batareyaları almağa başlayıb.

"Bu silahlarla Kiyevin hava hücumundan müdafiəsi dünya üzrə yüksək səviyyəyə çatdı". - hərbi analitik Denis Popoviç AzadlıqRadiosuna deyib.

Rusiyanın yeni məqsədləri

Analitiklərin fikrincə, Rusiyanın yeni strategiyası Ukraynanın hava hücumundan müdafiə imkanlarını tədricən azaltmağa və Ukraynanın çoxdan gözlənilən əks-hücumunu ləngitməyə yönəlib.

Denis Popoviçin dediyinə görə, Rusiya son vaxtlar Kiyevə və cəbhə xəttindən uzaq olan digər yerlərə, Qərbin hərbi yardımının cəmləşdiyi yerləri vurmağa çalışır. Onun sözlərinə görə, Rusiya qüvvələri təkcə hava hücumundan müdafiə sistemlərini məhv etməyə çalışmır, həm də komanda və idarəetmə mərkəzlərini, təchizat yollarını, sursat və texnikanın cəmləşdiyi məntəqələri, yanacaq anbarlarını və qoşunların cəmləşdiyi əraziləri hədəfə alır.

"Bizim döyüş növbətçiliyimizdə "Patriot" sistemlərimiz var, amma aydındır ki, bu, bütün zəruri aspektləri, bütün böyük şəhərləri, bütün kritik infrastrukturu əhatə etmək üçün kifayət deyil. Ukrayna böyük ölkədir və bizə daha çox resurs lazımdır", - deyən Ukrayna Hava Qüvvələrinin sözçüsü Yuri İhnat ölkədə kifayət qədər silah olmadığını bildirib.

Aprelin əvvəlində "The New York Times" yazıb ki, Pentaqonun fevralın sonunda sızan qiymətləndirməsinə görə, "S-300" və "Buk" sistemləri üçün raket ehtiyatlarının mayın əvvəlinə qədər tamamilə tükənəcəyi gözlənilir. Sənədlərdə göstərilənlərin o vaxtdan bəri dəyişib-dəyişmədiyi bəlli deyil.

Ukraynanın hərbi kəşfiyyat rəhbərinin müavini Vadim Skibitskinin sözlərinə görə, son hadisələr göstərir ki, payız-qış aylarında 900-ə yaxın raket atmış Rusiya sanksiyalara baxmayaraq, ehtiyatını artırmaq üçün istehsal xətləri yarada bilib və ayda 67-yə qədər raket istehsal edir: "Bizim enerji sistemimizi sıradan çıxara bilmədilər, indi isə onların tamamilə fərqli prioritetləri var: yaz-yay kampaniyası zamanı planlarımızı və aktiv hərəkətlərə hazırlıqlarımızı pozmaq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG