Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Ukraynada 35 futbol klubunu ‘matçları danışmaqda’ ittiham edirlər


Ukraynanın daxili işlər naziri Arsen Avakov
Ukraynanın daxili işlər naziri Arsen Avakov

Ukrayna 35 futbol klubunu, təşkilatçılarına milyonlarla dollar qazandırmış oyunların danışılması əməliyyatında iştirak etməkdə ittiham edib.

Ukraynanın Daxili İşlər Nazirliyi bildirir ki, xüsusi əməliyyat Ukrayna futbolunun bütün yuxarı liqalarında oynayan komandaların üçdə ikisinin matçların nəticələrinə təsir göstərilməsində iştirakını üzə çıxarıb.

Daxili işlər naziri Arsen Avakov deyib ki, “bu işdə klub prezidentləri, keçmiş və indiki oyunçular, hakimlər, məşqçilər və kommürsiya təşkilatçıları iştirak ediblər”.

O bildirib ki, nazirlik matçların artıq “isbat edilmiş” 57 danışılması əməliyyatında 320 nəfərin iştirakını sənədləşdirilib.

Avakov deyib ki, təşkilatçılar Asiyada Ukrayna futbol matçlarına qoyulan mərclərdən ildə 5 milyon dollar qazanıblar. Bu matçlarda oyunların nəticələri barədə əvvəlcədən danışılmışdı.

Nazir qeyd edib ki, “lazım olan” nəticənin əldə olunması üçün ən müxtəlif vasitələrə əl atılır, hakimlərə, oyunçulara, klub sahiblərinə rüşvət verilir və yaxud da onlar hədələnirdi.

Nəticələrin saxtalaşdırılması üçün bir oyuna 1500 dollardan 3900 dollaradək rüşvət verilirdi.

Bununla belə Ukrayna polis rəisinin müavini Ihor Kupranets ittihamlar üzrə heç kimin həbs olunmadığını deyib.

Kupranets əlavə edib ki, bu barədə qərarları prokurorluq orqanları qəbul etməlidir

Bu da qeyd olunmalıdır ki, ittiham edilən klubların və şəxslərin adları çəkilmir.

Bundan əvvəl Ukrayna mediası ölkə futbolunun yüksək, birinci və ikinci liqalarındakı oyunların əvvəlcədən danışıldığı barədə şübhələrini bildirirdi.

Bu bəyanatlar Kiyevdə Çempionlar Liqası matçının keçirilməsi ərəfəsinə təsadüf edir. Burada Liverpool və Real Madrid klubları arasında final matçı keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG