Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:34

Azərbaycan 'Eurovision' finalına çıxıb


DiHaj müsabiqəyə «Skeletons» mahnısı ilə qatılıb.

Ermənistan, Azərbaycan və Moldova «Eurovision» mahnı müsabiqəsinin final mərhələsinə çıxıb.

Ermənistandan Artsvik, Azərbaycandan DiHaj, Moldovadan «Sunstroke Project» triosu mayın 9-da Ukraynanın paytaxtı Kiyevdə keçirilən yarımfinal mərhələsində çıxış ediblər.

GÜRCÜSTAN FİNALA KEÇƏ BİLMƏYİB

Mayın 13-də olacaq yekin mərhələyə Avstraliya, Belçika, Kipr, Yunanıstan, Polşa, Portuqaliya və İsveç də vəsiqə qazanıblar.

Albaniya, Gürcüstan və Monteneqro isə mərhələni adlaya bilməyiblər.

İkinci yarımfinal mayın 11-də baş tutacaq. Belarus, Makedoniya və Serbiya təmsilçiləri də yarımfinala qatılacaq.

Ötənilki müsabiqənin qalibi Ukrayna olub və yarışmaya ev sahibliyi hüququ qazanıb.

«Beşlik» adlanan Fransa, Britaniya, Almaniya, İtaliya və İspaniya isə avtomatik olaraq yekun mərhələyə çıxırlar, çünki tədbirin təşkilatçısı Avropa Yayım Birliyinin ən böyük maliyyəçiləridir.

SAMOILOVA KRIMDA ÇIXIŞ EDİB

Mayın 9-da yarımfinal nəticələri elan olunmamışdan öncə Krımdan olan tatar müğənni Jamala sovet diktatoru Joseph Stalin-in dövründə Krım tatarlarının deportasiyası haqqında «1944» mahnısını səsləndirib. Ötən il müsabiqənin qalibi həmin mahnı olub.

Rusiya təmsilçisi Yulia Samoilova isə Kiyevə buraxılmayıb. Ukrayna onun Krımda çıxış etməklə ölkə qanunvericiliyini pozduğunu bildirib. Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Rusiya yarışmaya qatılmaqdan imtina edib, Samoilova-nın müsabiqəyə peyklə qatılmaq təklifini rədd edib.

28 yaşlı Samoilova mayın 9-da yenidən Krımda, 1945-ci ildə nasist Almaniyası üzərində qələbənin ildönümünü tədbirində çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG