Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:19

Kiyevlə separatçılar əsir mübadiləsinə başlayır


Separatçıların saxladığı hərbi əsirlərlə dolu avtobus. 27 dekabr 2017
Separatçıların saxladığı hərbi əsirlərlə dolu avtobus. 27 dekabr 2017

Bir qrup ukraynalı əsgər artıq hökumətin nəzarətində olan əraziyə keçib.

Ukraynanın Hromadske televiziyası xəbər verir ki, 16 əsgəri daşıyan üç maşın Horlivka yaxınlığında separatçıların nəzarətində olan ərazidən çıxıblar.

***

Rusiya mediası Ukraynanın şərqindəki rusiyapərəst separatçıların əsirlikdə olan ukraynalı əsgərləri əsir mübadiləsindən ötrü planlaşdırılan əraziyə göndərdiyini yazır. Bəzi agentliklər artıq mübadilənin başlandığını qeyd edir.

Ukrayna tərəfə artıq 16 nəfərin verildiyi bildirilir.

Separatçıların Ukrayna hökumətinə 74 əsgər, hökumət qüvvələrinin isə onlara 306 əsir verəcəyi gözlənir.

Mübadilə Ukraynanın şərqindəki Donetsk regionunda münaqişə zonası yaxınlığındakı Horlivkada baş tutmalıdır. Oradan əsgərlər vertolyotla hökumətin nəzarətində olan Xarkova aparılacaq.

Hökumət qüvvələrinin əsirləri separatçılara axşam təhvil verəcəyi gözlənir.


XATIRLATMA

Ukraynanın Donetsk və Luqansk regionlarında hökumət qüvvələriylə rusiyapərəst separatçıların arasında döyüşlərdə 2014-cü ilin aprelindən 10 min 300-dən çox adam həlak olub.

Dekabrın 20-də Minskdə Rusiya, Ukrayna, separatçılar və ATƏT təmsilçiləri görüşüblər. Onlar dekabrın 23-də gecəyarısından bayram atəşkəsinə razılaşdıqlarını bildiriblər.

ATƏT-in bəyanatında deyilir ki, atəşkəs Milad və Yeni İl Bayramlarına görə razılaşdırılıb.

Dekabrın 27-də tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.

Minsk sazişləri çərçivəsində indiyədək əldə olunan atəşkəs razılaşmaları tam yerinə yetirilməyib. 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında razılaşdırılmış Minsk sazişlərinin hədəfi münaqişəyə son qoymaq idi.

***

Donetskdə Rusiya tərəfindən dəstəklənən separatçılar dekabrın 27-də iki tərəf arasında planlaşdırılmış böyük əsirdəyişdirmə aktından əvvəl 74 ukraynalı əsirə amnistiya veriblər.

Separatçıların lideri Aleksandr Zaxarçenko dekabrın 26-da deyib ki, Ukrayna tərəfinin 306 əsiri separatçılara qaytarmasını nəzərdə tutan əsirdəyişmə, gələcəkdə bu tədbirin daha böyük siyahılar əsasında həyata keçirilməsi istiqamətində ilk addımdır.

Zaxarçenko bildirib ki, əsirlərin dəyişdirilməsi dekabrın 27-də yerli vaxtla gündüz saat 13-də reallaşdırılacaq.

O habelə qeyd edib ki, əsirlərin dəyişdirilməsi zamanı “DXR” və “LXR” (separatçılar Ukraynadan qəsb etdikləri əraziləri belə adlandırırlar) tərəfindən heç bir əngəl törədilməyəcək.

Əgər plan baş tutarsa, bu, son 14 ayda ilk əsirdəyişmə aktı olacaq.

Dekabrın 20-də Minskdə keçirilən görüşdə Rusiya, Ukrayna və separatçıların, habelə ATƏT-in nümayəndələri tərəflər arasında dekabrın 23-dən başlayaraq atəşkəsin bərqərar edilməsi barədə razılıq əldə edildiyini bildirmişdilər.

Birgə bəyanatda deyilirdi ki, atəşkəs Milad və Yeni il şənlikləri ilə əlaqədar elan edilir.

Lakin dekabrın 25-də tərəflər bir-birlərini atəşkəsi pozmaqda ittiham etmişdilər.

2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında imzalanmış Minsk razılaşmaları əsasında indiyədək bir neçə dəfə atəşkəs elan edilsə də, onlara sonadək riayət olunmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG