Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:26

Ukrayna ‘başı kəsilməklə edam’ videosunu araşdırır


Ukraynanın Təhlükəsizlik Xidməti - SBU ehtimalən ukraynalı hərbçinin edam səhnəsini əks etdirdiyi iddia olunan video ilə bağlı məhkəməyə qədər təhqiqata başlayıb.

SBU bildirir ki, videoda əks olunan hərbi cinayət Ukrayna Cinayət Məcəlləsinin “müharibə qanunlarının və qaydalarının pozulmasına” dair maddəsi ilə araşdırılır.

Ukrayna Baş Prokurorluğu bu məsələ ilə bağlı cinayət işi açıldığını təsdiq edib.

SBU-nun rəhbəri Vasili Malyuk bu barədə deyib:

"Biz bu insan olmayanları tapacağıq. Lazım gəlsə onları harda olsalar belə ələ keçirəcəyik. İstər yerin altından olsun, istər o biri dünyadan. Amma onlar törətdiklərinə görə cəzalarını çəkəcəklər”.

Kremlin reaksiyası

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, “ukraynalı əsirin edam videosunu” dünya görməlidir:

"Dünyada elə şeylər var ki, onları görməzliyə vurmaq mümkün deyil: bu heyvanların necə öldürdüklərini dünya görməlidir. Biz qatilləri unutmaq və bağışlamaq niyyətində deyilik. Bütün əməllərə görə qanuni məsuliyyət olacaq. Terror uduzmalıdır”.

Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “sosial media şəbəkələrində yayılan və hərbçinin başının kəsilməsini əks etdirən videonun kadrları dəhşətlidir və videonun həqiqiliyi yoxlanmalıdır”.

Peskovun sözlərinə görə yalnız bundan sonra araşdırma aparıla bilər.

“Kişi dövləti”

Söhbət aprelin 11-də bir sıra teleqram-kanalların yaydığı videodan gedir.

Videoda Rusiya hərbçiləri olduqları ehtimal edilən şəxslər ukraynalı hərbçi olduğu güman edilən şəxsin başını kəsirlər.

Videodakı şəxslərin kimliyi, onun nə vaxt və harada çəkildiyi məlum deyil.

Videoya düşmüş ot və yarpaqların yaşıllığından onun 2022-ci ilin yayında çəkildiyini ehtimal etmək olar. Videonun həqiqiliyi hələ ki, təsdiq olunmayıb.

The Insider saytı yazır ki, videonu ilk yayanlardan biri də “Kişi dövləti” qrupunun yaradıcısı Vladislav Pozdnyakovun qapalı teleqram kanalı olub.

AzadlıqRadiosu etik mülahizələrlə bu videonu dərc etmir və ona istinad vermir.

Ölümündən sonra Ukrayna Qəhrəmanı

Bu videonun sosial mediada peyda olmasından dərhal sonra Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak özünün teleqram kanalında yazıb: “Hər bir əməl üçün cavab və məsuliyyət olacaq”.

Bu ilin martında SBU sosial media şəbəkələrində yayılmış başqa bir video ilə bağlı “müharibə qanunlarının və qaydalarının pozulmasına” dair maddəsinə əsasən cinayət işi qaldırmışdı.

Həmin videoda silahsız əsirin “Ukraynaya eşq olsun!” deməsindən sonra onun güllələndiyi iddia olunurdu.

Sonradan videodakı əsirin kimliyi müəyyən edilmişdi. Məlum olmuşdu ki, bu, Çerniqov vilayətinin ərazi müdafiəsi 119-cu əlahiddə briqadası 163-cü batalyonunun snayperi Aleksandr Matsiyevskidir.

Volodimir Zelenski onu ölümündən sonra Ukrayna Qəhrəmanı medalı ilə təltif etmişdi.

Əsir düşən hərbçilərin yaxınları Ermənistanda yolu bağladılar
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Daha bir video

2022-ci ilin iyulunda şəbəkələrdə Rusiya əsgəri olduğu iddia edilən şəxs ukraynalı hərbi əsir olduğu ehtimal edilən başqa bir şəxsi qayçı ilə axtalayırdı. Daha sonra əsiri yaxın məsafədən güllələyir və meyitini maşına bağıayıb sürüyürdülər.

İnternet istifadəçiləri bildirmişdilər ki, açıq mənbələr əsasında işgəncə verən şəxsin kimliyini müəyyən edə biliblər.

O kovboy şlyapası qoymuşdu və elə bu qiyafədə və görkəmdə olan şəxsi Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinin xəbər lentində görmüşdülər.

Ukrayna parlamenti – Verxovna Radanın insan haqları üzrə müvəkkili Dmitri Lubinets o vaxt bildirmişdi ki, bu barədə BMT, Avropa işgəncələrin qarşısının alınması komitəsinə və Qırmızı Xaça məlumat hazırlayır.

XS
SM
MD
LG