Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:38

Ukrayna Dneprin sol sahilinə desant çıxardığını təsdiq edir


Dnepr çayı
Dnepr çayı

Ukrayna silahlı qüvvələri baş qərargahının oktyabrın 19-a olan məlumatında Dnepr çayının işğal altında olan sol sahilinə desant çıxarılması dolayısı ilə təsdiq edilir.

Ukrayna ordusunun cəbhənin bu hissəsində irəliləməsini ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) da bildirir.

Məlumatda Rusiya aviasiyasının zərbə endirdiyi yaşayış məntəqələrinin sırasında sol sahildə yerləşən Pesçanovka kəndinin də adı var.

Rusiya hərbi blogerləri yazırlar ki, bu kənd qonşu Poyma kəndi ilə birlikdə çayı keçmiş Ukrayna dəniz piyadaları tərəfindən nəzarətə götürülüb.

Ukrayna baş qərargahının məlumatında bu da deyilir ki, Rusiya aviasiyası Xerson vilayətinin Novoberislava, Kozatks, Olqovka, Pridneprovsk və Pesçanovka kəndləri istiqamətində zərbələr endirib.

Poyma və Pesçanovka kəndləri sol şahılın 3 kilometrliyində yerləşir. Bu isə Ukrayna desantının artıq sol sahildə olmasının göstəricisidir.

Bu da qeyd olunur ki, Pridneprovskda Dnepr üzərindən dəmir yolu körpüsü yerləşir. Bu körpünün sağ sahildəki hissəsi Ukrayna ordusunun nəzarətindədir.

ISW: Ukrayna burada hələ ki platsdarm yarada bilməyib

Oktyabrın 17-də Rusiya Müdafiə Nazirliyinə yaxın Rıbar teleqram kanalı və başqa Rusiya blogerləri Ukrayna dəniz piyadasının iki hücum qrupunun Dnepr çayının sol sahilinə çıxdığını xəbər vermişdilər.

Bu da xəbər verilir ki, Ukrayna hərbçiləri artilleriyanın qoruması altında çayı keçərək Poyma və Pesçanovka kəndlərini tutublar. Amma Rusiya blogerləri daha sonra Ukrayna qüvvələrinin geri sıxışdırıldığını yazıblar.

ISW son iki gündə Ukrayna desantına dair yayılan xəbərləri şərh edərkən hesab etdiyini bildirir ki, Ukrayna ordusu hələ ki, sol sahildə daha ciddi mexanikləşdirilmiş birləşmələrin növbəti manevrləri üçün platsdarm yarada bilməyib.

Ekspertlərin ehtimalına görə Rusiya blogerlərini Rusiya komandanlığının ötən yay ərzində buradakı ən döyüş qabiliyyətli birləşmələri Xerson istiqamətindən Zaporojye istiqamətinə keçirməsi narahat edir.

Rusiya komandanlığı bunu həmin istiqamətdə Ukrayna ordusunun əks-hücumunun qarşısının alınması üçün etmişdi.

XS
SM
MD
LG