Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 14:25

Çaplində ölü sayı 25-ə çatır. HRW klastr bombaları haqda hesabat yayır


Ukrayna hərbçiləri Donbasda
Ukrayna hərbçiləri Donbasda

Hesabata görə, Rusiya bu il fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan klastr bombalarından geniş istifadə edib. Ukrayna qüvvələri isə müharibədə azı üç dəfə bu silahlara əl atıblar

BMT-nin İnsan haqları üzrə baş rəsmisi Mişel Baçele Rusiya Prezidenti Vladimir Putini Ukraynaya silahlı hücumlara son qoymağa çağırıb. O, Zaporojye AES-in hərbsizləşdirilməli olduğunu bildirib.

Avropanın ən böyük elektrik stansiyası olan Zaporojye AES martda, Rusiya Ukraynanı işğal etməyə başlayandan az sonra tutulub. Son həftələr AES-in atəşə tutulması xəbərləri ölkədə nüvə qəzası sarıdan əndişələri gücləndirib. 1986-cı il Çernobıl nüvə faciəsinin izləri hələ ki regiondan çəkilməyib.

Baçele beynəlxalq ictimaiyyəti münaqişə başlayandan Ukraynada törədildiyi bildirilən bütün hərbi cinayətlərin dəqiq hesabatını aparmağa çağırıb.

Avqustun 25-də Baçele BMT-nin İnsan hüquqları üzrə ali komissarı postunda vəzifəsini başa vurub.

Ukrayna Rusiya qüvvələrini müharibənin ilk günlərində Buça, İrpin və Qostomel şəhərlərində dinc sakinlərə qarşı vəhşiliklər törətməkdə suçlasa da, Moskva iddiaları rədd edir.

Hər iki tərəf istifadə edir

Bu arada Human Rights Watch (HRW) insan haqları təşkilatı avqustun 25-də yaydığı hesabatda bildirir ki, Rusiya ordusunun Ukraynadakı müharibədə klastr bombalarından geniş istifadəsi dinc sakinlərə davamlı ziyan vurub, əziyyət verib.

Qlobal “Klastr bombalarının monitorinqi 2022” adlı hesabatda qurum qeyd edir ki, Ukrayna hazırda belə bombaların istifadə olunduğu yeganə ölkədir. HRW həm Rusiya, həm də Ukraynanı onlardan istifadəni dayandırmağa, belə silahları qadağan edən 2008-ci il sazişinə qoşulmağa çağırıb.

Hesabata görə, Rusiya bu il fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan klastr bombalarından geniş istifadə edib. Ukrayna qüvvələri isə müharibədə azı üç dəfə bu silahlara əl atıblar.

Artilleriya və raketlərlə, yaxud təyyarələrdən atılan klastr bombaları havada açılaraq geniş əraziyə saysız bombacıqları yayır.

Bu bombacıqların çoxu partlamamış qalır, sonradan hərbçi və dinc sakinlərin, o cümlədən uşaqların həyatına risk yaradır.

Fevralın 24-dən iyuladək Ukraynada müharibədə klastr bombalarından dinc sakinlər arasında azı 689 itki qeydə alınıb.

Rusiya və Ukrayna müharibədə klastr bombalarından istifadəni danmır, beynəlxalq humanitar qanuna əməl etdiklərini bildirir.

Ukraynalı mühəndis: Bu dronları vurmaq demək olar ki, mümkün deyil
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Çaplində ölü sayı artır

Ukraynada ötən gecə dəmiryolu stansiyasına Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 25-ə çatıb. Dnepropetrovsk vilayətindəki Çaplin vağzalının vurulması nəticəsində 25 nəfər öldürülüb, 31 nəfər yaralanıb. Ölənlərin ikisi uşaqdır.

Avqustun 25-də gecə Rusiya qüvvələrinin mərkəzi Krivoy Roq şəhərinə klastr bombaları atdığı bildirilir. Bu haqda şəhər hərbi administrasiyasının başçısı Oleksandr Vilkul Telegram-da yazıb. İtkilər haqda məlumat yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG