Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:14

Lavrov Malayziya təyyarəsi ilə bağlı “qərəzsiz” istintaqa çağırır


Ukraynada təyyarənin qəzaya uğradığı ərazi
Ukraynada təyyarənin qəzaya uğradığı ərazi

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ötən iyulda Ukraynanın şərqində Malayziya təyyarəsinin vurulması üzrə “qərəzsiz və şəffaf” təhqiqata çağırır. Lavrov-un dediklərini martın 19-da TASS yayıb.

Həmin açıqlamadan bir neçə saat öncə isə Niderland televiziyası qəza yerindən tapılan metal hissənin yer-hava tipli Buk raketinə uyğun gəldiyini bildirib. Bu iddia təyyarəni rusiyapərəst separatçılar tərəfindən vurulması ehtimalını gücləndirir.

Qəza zamanı təyyarədəki 298 nəfər həlak olub.

Niderlandın RTL televiziyasının məlumatına görə, onlarda olan metal hissə beynəlxalq ekspertizadan keçib və Rusiya istehsalı olan Buk sisteminin bir detalına uyğun gəldiyi aşkarlanıb.

Reuters agentliyi də RTL-in iddiasını yayan ilk Qərb agentliklərindən olub.

TASS-ın məlumatına görə, Lavrov deyib ki, “Reuters-in yaydığı məlumatlar “informasiya iynəsi” kimi bir şeydir”.

Rusiya həmin təyyarənin Ukrayna ordusu tərəfdən vurulduğunu iddia edir.

XS
SM
MD
LG