Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Ukrayna ‘casus qalmaqalına’ görə Belarus diplomatını ölkədən qovub


Ukraynanın Minskdəki səfirlik binası
Ukraynanın Minskdəki səfirlik binası

Ukrayna iki ölkə arasında yaranmış casus qalmaqalı ilə əlaqədar Belarusun Kiyevdəki diplomatını ölkədən xaric edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Maryana Betsa noyabrın 21-də deyib ki, Belarus diplomatı persona non grata elan olunub və ölkədən çıxarılıb. Sözçü deyib ki, bu, bir gün əvvəl Belarusdan Ukrayna səfirliyinin diplomatı İhor Skvortsovun xarici edilməsi barədə Minskin qərarına cavab addımı olub.

Ukraynadan çıxarılan Belarus diplomatının adı açıqlanmır.

Belarus XİN-in sözçüsü Andrey Şuplyak Betsanın bəyanatına şərh verməkdən imtina edib.

Belarus rəsmiləri noyabrın 20-də bəyan etmişdilər ki, Skvortsov ölkədən casusluq fəaliyyətinə görə qovulub.

Minskin qənaətinə görə Skvortsov Ukrayna jurnalisti Pavlo Şaroykonun yaratdığı “casus şəbəkəsini” koordinasiya edirmiş. Belarus hakimiyyət orqanları jurnalisti Ukraynanın hərbi kəşfiyyatçısı olmaqda şübhəli bilir. Kiyev bu iddiaları rədd edib.

Şaroykonun Belarusda həbs olunduğunu ilk dəfə Ukrayna ictimai telekanalının rəhbəri Zurab Alasaniya noyabrın 17-də bildirmişdi.

Belarusda mənzillənmiş Chareter97 insan haqları qrupu Şaroykoya istinadən bildirmişdi ki, o Belarusda həbs olunduqdan sonra yoxa çıxmış 19 yaşlı Ukrayna vətəndaşı Pavlo Hribin axtarışı ilə məşğuldur. Sonradan Hribin Rusiyada terrorizmlə bağlı ittihamlarla həbsxanada saxlandığı məlum olmuşdu.

Noyabrın 20-də Ukrayna prezidenti Petro Poroşenko Ukrayna xarici kəşfiyyat xidməti rəhbərinin müavini Volodimir Sinkeviçi vəzifəsindıən kənarlaşdırıb.

Dərin tarixi və mədəniyyət bağları olan iki slavyan ölkəsi – Ukrayna və Belarus arasında münasibətlər Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra gərginləşib.

XS
SM
MD
LG