Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:42

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
22:50 11.5.2014
Mariupolda ağır döyüşlrin nadir görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:09 0:00

Mayın 9-da naməlum yaraqlılar tərəfindən girov götürülən Mariupol şəhər polisinin rəisi Valeriy Androshuk-un meyiti aşkar olunub. Mayın 11-də polis rəisini asılmış şəkildə Mariupol aeroportu yaxınlığında tapıldığı bildilir.

Bir neçə gün əvvəl Mariupolda baş verən iğtişaşlardan sonra silahlı şəxslər şəhər polisinə hücum edəndən sonra qanlı döyüş baç vermişdi. Androshuku girov götürüb maşının baqajında naməlum istiqamətdə aparmışdılar. Bundan sonra Ukrayna təhlükəsizlik qüvvələri hərbi texnikanın köməyi ilə polis binasındakı yaraqlıları mühasirəyə alanda yerli sakinlər onların, guya yerli plislə döyüşə girdiyini iddia edirdilər.

Əslində isə polis binası 60-a yaxın yaraqlı tərəfindən zəbt edilmişdi.Bu haqda Ukrayna Ali Radasının deputatı Oleg Lyashko mətbuata bildirib.
22:24 11.5.2014
_

Slavyanskda refrendumda iştirak edən yaraqlı. Bülletenə öz fikrini yazan bu adamın əsas arqumenti qoltuğunun altındadır
22:10 11.5.2014
Ukraynanın şərqində separatçılar referendum, hökumət qoşunları isə anti-terror əməliyyatları keçirir. Luqanskdan və Donetskdən separatçılar bəyan edirlər ki, əhali referednumda yüksək fəallıq göstərir. Kiyev isə xəbər verir ki, qanunsuz referednum yaraqlıların istehkam qurduğu məhdud ərazidə keçirilir. Əsas kommunikasıya şəbəkələrinə nəzarət edən hökumət qoşunları separatçıları tədricən zərəsəzlədirir. Belə xəbərlərdən biri də Donetsk vilayətinin Krasnoarmeysk şəhərindən daxil olub. Burada Milli qvardiyanın referendumun qarşısını aldığı bildirilir

Davamı

XS
SM
MD
LG