Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

Ukrayna Azərbaycan neftilə “Avro-5” standartına keçir


Foto: arxiv

Ukraynanın Kremençuq Neft Emalı Zavodunun (NEZ) operatoru “Ukrtatnafta” şirkəti “Avro-5” standartına uyğun benzin istehsalına başlayıb.

“Report” bu xəbəri şirkətə istinadən yayıb.

Xəbərdə deyilir ki, bu istehsalın vaxtından öncə həyata keçirilməsi xam neft nəqlinin şaxələndirilməsi, xüsusilə də Azərbaycan neftinin zavoda nəqli ilə bağlıdır.

“AzeriLight” markalı neftin Kremençuq zavoduna çatdırılması Azərbaycan və Ukrayna prezidentlərinin Ukrayna neft emalı zavodlarına neft nəqlinin bərpasına dair razılığı çərçivəsində həyata keçirilir.

Azərbaycan neftinin sayəsində “Ukrtatnafta” yanacaq istehsalı və emalında tamamilə “Avro-5” standartına keçməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.

2017-ci ildə Kremençuq Neft Emalı Zavoduna ümumilikdə 1,3 milyon ton Azərbaycan neftinin nəqli nəzərdə tutulur.

2016-cı il dekabrın sonunda zavoda ilk partiya olaraq 80 min ton həcmində “Azeri Light” markalı neft nəql olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG