Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:27

Dünyanın iri hava şirkətləri İran və İraq üzərində uçuşları dayandırıblar


Kiyev hava limanı, 8 yanvar, 2020

Dünyanın 10-dan çox iri hava şirkəti İran və İraq üzərində uçuşları müvəqqəti dayandırıb.

Buna səbəb İranın İraqdakı ABŞ bazalarını raket atəşinə tutumasıdır.

AzadlıqRadiosunda olan məlumata görə, Sinqapur, Çin, Almaniya, Polşa, Fransa, Avstraliya, Tayvan, Malayziya və Rusiyanın hava şirkətləri artıq bu iki ölkə üzərində uçuşları dayandırıblar.

ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Dubay da bundan əvvəl İranla İraq üzərində bürün kommersiya uçuşlarını dayandırıblar.

İran yanvarın 8-də general Qasem Soleimaninin dəfnindən əvvəl azı İraqdakı 2 hərbi obyektə 10-dan çox ballistic raket buraxıb.

Həmin obyektlərin ABŞ-ın rəhbərlik etdiyi hərbi kolaisiyanın nəzarətində olduğu bildirilir.

Qeyd edək ki, İran Solaeimaninin ötın həftə Bağdadda ölümündən sonra ABŞ-dan əvəz çıxacağını bəyan eləmişdi.

ABŞ prezidenti Donald Trump buna cavab v olaraq bəyanat verəcəyini bildirib: “İki hərbi bazaya raketlər İran tərəfindən buraxılıb.İtki və dəymiş zərərin həçmi araşdırılır. Hər şey qaydasında gedir.Bu gün biz dünyada ən güclü və yaxşı təhciz edilmiş orduya malikik. Sabah səhər bəyanat verəcəm”, Donald Trump özünün Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Ukraynanın sərnişin təyyarəsi isə yanvarın 8-də Tehranda qəzaya düşüb.

Ukraynanın sərnişin təyyarəsi Tehranda qəzaya uğrayıb, 8 yanvar, 2020
Ukraynanın sərnişin təyyarəsi Tehranda qəzaya uğrayıb, 8 yanvar, 2020

Qəza, təyyarə hava limanından qalxdıqdan az sonra baş verib.

Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

Bu barədə ranın kütləvi informasiya vasitələri xəbər verirlər.

Ukrayna prezidenti Vladimir Zelenski də təyyarədə olan bütün sərnişin və heyət üzvlərinin həlak olduğunu bildirib və başsağlığı verib.

Ukraynanın xarici işlər naziri Vadym Prystayko ölənlərdən 82-nin İran, 63-nün Kanada,10-nun İsveç, 4-nün Əfqanıstan, 3-nün Alman, 3-nün isə Britaniya vətəndaşları olduqlarını bildirib.

Qalan 11 nəfərsə, 9 heyət üzvü də daxil olmaqla Ukrayna vətəndaşlarıdır.

İlkin olaraq qəzaya səbəb kimi texniki problem göstərilir.

İran yol və nəqliyyat nazirliyinin məlumartına görə təyyarə havaya qalxarkən mühərriklərdən birində yanğın baş verib və bunda sonra təyyarə yerə düşüb.

Ukraynanın Beynəlxalq Hava Şirkəti-nə məxsus təyyarə 4 ilimiş ki, istismara verilibmiş.

Məlumata görə, təyyarə yerli vaxtla səhər saat 5:15-radələrində Tehrandan Kiyevin “Borispol” hava limanına uçmalı idi.

ABŞ-ın “Boeing” şirkəti qəzadan xəbərdar olduqlarını və hazırda maksimum informasita topladıqlarını bəyan edib.

Boeing 737-800 təyyarələrindən daha çox qısa və orta məsafəli uçuşlarda istifadə edilir.

Ukrayna aviasiya rəsmiləri əvvəlcə qəzanın texniki səhvlərdən baş verə biləcəyini bəyan etmişdilər, lakin az sonra həmin bəyanat geri götürülüb.

İndi təyyarə qəzasının İranın İraq bazalarına endirdiyi raket zərbələri ilə əlaqəli ola biləcəyinə dair ehtimallar səsləndirilir.

Qəzaya uğramış təyyarə 2016-cı ildə istifadəyə verilmişdi və Ukrayna aviasiya parkında ən təzə təyyarələrdən biri idi.

MAU şirkətinin prezidenti təyyarənin texniki baxımdan saz olduğunu bəyan edib.

XS
SM
MD
LG