Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Avqust, Bazar ertəsi, Bakı vaxtı 23:58

Ukrayna ABŞ səfirinin güdülməsi iddialarına dair cinayət işi açıb


Marie Yovanovitch

Ukrayna bildirir ki, ABŞ-ın bu ölkədəki keçmiş səfiri Marie Yovanovitch-in qanunsuz izlənməsinə dair iddialarla bağlı cinayət araşdırmasına başlanıb.

Ukraynanın Daxili İşlər Nazirliyi bu bəyanatı yanvarın 16-da verib.

Bundan iki gün əvvəl ABŞ Nümayəndələr Palatasında prezident Donald Trump-ın şəxsi vəkilinin yaxın adamı Lev Parnasın Yovanovitc-in geri çağırılması üçün səylər göstərdiyini nümayiş etdirən sənədlər açıqlanıb.

Ukrayna polisi bildirir ki, nazirlik “Birləşmiş Ştatlardakı daxili siyasət məsələlərinə qarışmır”.

Bununla belə, bəyanatda deyilir ki, Parnasa dair açıqlanmış sənədlər Ukrayna qanunlarının və diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının potensial olaraq pozula biləcəyini göstərir.

Ukrayna Daxili İşlər Nazirliyi ABŞ Federal Təhqiqatlar Bürosundan (FTB) bu işə aid materialların Kiyevə verilməsini xahiş edib.

Ukrayna nazirliyi bundan başqa ABŞ millət vəkillərini sözü gedən təhqiqatda iştiraka dəvət edib.

Yovanovitch ABŞ-ın Ukraynadakı səfiri kimi 2016-2019-cu illərdə fəaliyyət göstərib.

O Trump-ın səfirin fəaliyyətindən narazaılıq ifadə etməsindən az sonra gözlənilmədən geri çağırılıb.

Səfir ABŞ Konqresində keçirilən dinləmədə Trump-ın əleyhinə ifadə vermişdi.

XS
SM
MD
LG