Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Ukrayna AŞPA-nın payız sessiyasında iştirakdan imtina edir


Ukrayna Ali Radasının Avropa Şurası Parlament Assamleyasındakı (AŞPA) nümayəndə heyəti bu təşkilatın sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək payız sessiyasında iştirakdan rəsmən imtina edib.

Ukrayna nümayəndə heyətinin sentyabrın 23-də açıqlanmış bəyanatında deyilir:

"Bu, Rusiya Federasiyasının Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı təşkilatın qətnamələrinə əməl etmədiyi halda onun AŞPA-nın sessiya zalına qaytarılmasına bizim etirazımızın ifadə formasıdır”.

Sentyabrın 21-də Ali Radanın xarici siyasət komitəsinin sədri Bogdan Yeryomenko demişdi ki, Ukrayna nümayəndə heyəti AŞPA-nın payız sessiyasına getməyəcək.

Ukrayna iyun ayında AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini dayandırıb və Rusiya nümayəndə heyətinin qayıtmasına etiraz olaraq Avropa Şurasındakı səfirini geri çağırıb.

Rusiya nümayəndə heyəti buna qədər Moskvanın Krımı ilhaq etməsinə və Ukraynanın şərqindəki separatçıları dəstəklədiyinə görə AŞPA-da səs hüquqündan məhrum edilmişdi.

Rusiyanın assambleyadakı iştirakının bərpasının leyhinə 116, əleyhinə isə 62 deputat səs vermişdi.

XS
SM
MD
LG