Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 23:20

Zelenski Rusiyaya ‘terrorçu dövlət’ deyir


Kiyevdə kilsə, 9 aprel, 2023-cü il
Kiyevdə kilsə, 9 aprel, 2023-cü il

Ukrayna Przidenti Volodimir Zelenski Rusiya qüvvələrinin pravosların müqəddəs bazar günündə ölkənin şərqinə endirdiyi zərbələri pisləyib.

“Terrorçu ölkə Söyüd (Palm) bazar gününü belə qeyd edir”,– Zelenski aprelin 9-da axşam videomüraciətində deyib.

Rusiya ordusunun Ukraynanın cənub-şərqindəki Zaporojye şəhərinə endirdiyi zərbədə ata və 11-yaşlı qızı həlak olub.

“Rusiya beləcə özünü dünyadan, bəşəriyyətdən daha böyük təcrid vəziyyətinə salır”, – deyən Zelenski ümidini bildirib ki, gələn il bu bazar günü “bütün adamlar üçün sülh və azadlıq şəraitində keçəcək”.

Ukrayna Dövlət Fövqəladə Xidmətinin məlumatına görə, 50-yaşlı kişi və 11-yaşlı qızı Zaorojyedə yaşayış binasının vurulması nəticəsində həlak olublar.

Xidmət qurbanların həyat yoldaşı və anası kimi təqdim olunan 46-yaşlı qadının dağıntılar altından çıxarıldığını bildirib.

Cəbhədə vəziyyət

Ukrayna ordusu Rusiyanın cəbhə boyunca hücuma keçdiyini bildirir. Silahlı qüvvələrin baş qərargahının aprelin 10-da yaydığı məlumata görə, son 24 saat ərzində düşmənin 58 hücumu dəf edilib. Ordu Rusiyanın Donetsk vilayətindəki Lıman, Baxmut, Avdiyevka və Mariinka şəhərlərinə fokuslandığını bildirir.

Aylardır Rusiyanın mühasirəsində olan Baxmuta 30 hücumun qarşısı alınıb. Şərq hərbi komandanlığının sözçüsü Sergey Çerevatiy televiziyada deyib: “Düşmən nəyin bahasına olursa-olsun, qala-şəhərimizi almağa çalışır”.

“Həddən artıq çətin olmasına baxmayaraq, vəziyyətə hələ də nəzarət edirik. Bölmələrimiz düşməni geri otudur və maksimum ziyan vurur”, – o bildirib.

Aprelin 9-da Kupyanskın atəşə tutulması nəticəsində isə iki kişi ölüb. Dünən Rusiya əsgərləri Xerson vilayətini bombalayıblar. Dinc sakinlər arasında itki olmadığı deyilir, dağıntıların miqyası müəyyənləşdirilir.

Rusiyanın Müdafiə Nazirliyi aprelin 9-da bildirib ki, Donetsk və Zaporojye vilayətlərində Ukraynanın hərbi sursat anbarları, Zaporojye yaxınlığında 70 min ton yanacaq olan depo dağıdılıb.

XS
SM
MD
LG