Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Ukrayna parlamentinin ətrafında etiraz aksiyası keçirilir (Video)


Aksiyaçılarla hüquq-mühavizə qüvvələri arasında qarşıdurma yaranıb

Kiyevin mərkəzində aksiyaçılarla hüquq-mühavizə qüvvələri arasında toqquma olduğu xəbər verilir.

UNİAN saytının məlumatına görə, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurmanın nazirlər kabinetinin qarşısında baş verdiyi bildirilir.

“Ukrainska Pravda” nən məlumatına görə, aksiyaçılardan birinin başı yarılıb, həmçinin hüquq-mühavizə orqanlarının əmədaşı xəsarət alıb.

Kiyev, 17 oktyabr, 2017
Kiyev, 17 oktyabr, 2017

Məlumata görə insident, əllərində çadırlar olan fəallar Ali Radaya tərəf keçmək istəyərkən baş verib. Polis sonda onları buraxmalı olub.​

Kiyevin mərkəzində aksiyaçılarla hüquq-mühavizə qüvvələri arasında toqquma olduğu xəbər verilir.

UNİAN saytının məlumatına görə, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurmanın nazirlər kabinetinin qarşısında baş verdiyi bildirilir.

“Ukrainska Pravda” nən məlumatına görə, 60 yaşlı kişinin başı yarılıb, həmçinin hüquq-mühavizə orqanlarının əmədaşı xəsarət alıb.

Məlumata görə insident fəallar Ali Radaya tərəf keçmək istəyərkən baş verib. Onların əllərində çadırlar varmış.

Kiyev , 17 oktyabr, 2017
Kiyev , 17 oktyabr, 2017

Sonda aksiyaçılar Ali Radanın qarşısında çadırlar qurublar.

Saakashvili Poroshenkonun istefasını tələb edib

Mikheil Saakashvili mitinqdə çıxış edərkən deyib ki, nəqədər ki, Poroshenko hakimiyyətdədir, ölkədə heç nə yaxşılığa doğru dəyişməyəcək.

“Nəqədər ki, Poroshenko var, yaxşı heç nə olmayacaq. Əgər Poroshenko bu gün sizi eşitməsə, onda bizə başqa yerə keçib onun istefasını tələb etməliyik ki, istefa verib xalqı azad etsin”,Saakashvili deyib.

Kiyevin mərkəzində etiraz aksiyası keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

TASS-ın məlumatına görə Saakashvili tərədarlarını qələbəyədək mübarizəni davam etdirməyə, həmçinin mitinq iştirakçılarını iş günündən sonra Konstitusiya meydanına gəlməyə çağırıb.

“Əgər deputatlar günün sonunadək xalqın naminə bir dənə də olsun qərar qəbul etməsələr, biz növbəti tələb haqqında düşünməliyik-prezidentin istefasını”

Mikheil Saakashvili
Mikheil Saakashvili

Saakashvili, Poroshenkonu bütün məhkəmə hakimiyyətini öz əlində cəmləməkdə ittiham edib.

“3-4 il ərzində biz bir şeyi başa düşdük. Yalnız bir proses və təkcə bir dəyişiklik baş verib-bir nəfər bütün məhkəmələri, bütün Ali Radanı öz əlində cəmləşdirib.

Artıq Ukraynada siyasi proses yoxdur, təkcə bir adamın iradəsi var”, Saakashvili deyib.

Aksiya dinc şəraitdə keçirilir

RİA Novosti agentliyinin müxbiri aksiyaçıların getdikcə çoxaldığını və vəziyyətin sakit olduğunu xəbər verir.

Mitinqin keçirildiyi ərazidə ictimai asaişi qoruyan polis patrulu da RİA Novostiyə vəziyyətin sakit olduğunu və heç bir pozuntuya yol verilmədiyini deyib.

Məlumata görə Ali Radanın ətrafındakı Konstitusiya meydanı və parlament binasının ətrafındakı küçələrin bir hissəsi tam dolub.

Aksiyaçılar siyasətçilərin çıxışlarını dinləyirlər.

Aksiyanın təşkil edən müxalifət partiyalarının təmsilçiləri hakimiyyətdən onların tələblərinin yerinə yetirilməsini tələb edirlər.

Poroshenko qanun layihəsi təklif edib

Ukrayna prezidenti Petro Poroshenko Ali Radaya deputat toxunulmazlığının ləğvini nəzərdə tutuan qanun layihəsi təqdim edib.

Sənəd prezidentin rəsmi saytında yerləşdirilib.

Ali Rada
Ali Rada

Qazeta.ru saytının məlumatına görə, deputat toxunulmazlığının ləğvinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Həmçinin Poroshenko, Ali Radanın razılığı olmadan deputatların cinayət məsuliyyətinə cəlb olunması və ya həbsini qadağan edən bəndin qanundan çıxarılmasını təklif edir.

Aksiya başladı

Artıq parlament binasının qarşısında mitinq başlayıb.

Məlumata görə aksiyada onlarla siyasi qüvvənin tərəfdarları iştirak edir.

Azadlıq Radiosunun müxbiri təşkilatçılara istinadla xəbər verir ki, aksiyada azı 5 min adam iştirak edir.

UNİAN portalının məlumatına görə, aksiya zamanı ictimai asişin qorunmasına 3500-dək hüquq-mühavizə qüvvələri cəlb edilib.

Aksiyaçılar korrupsiya əleyhinə məhkəmə yaradılması, deputat toxunulmazlığının ləğv edilməsi və yeni seçki qanunu qəbul edilməsini tələb edirlər.

Aksiya iştirakçıları bildiriblər ki, mitinqdə qaldırılan bütün məsələlər müzakirə üçün günün ikinci yarısında parlamentə təqdim olunacaq.

Aksiyanın əsas təşkilatçısı Mihheil Saakashvili isə öz tələblərini yayıb-korrupsiyaya qarşı amansız mübarizəyə başlamaq, Mərkəzi Seçki Komissiyasının tərkibini təzələmək və əhali üçün elektrik enerjisi tariflərini aşağı salmaq.

Saakashvili bir gün əvvəl Azadlıq Radiosunun Ukrayna xidmətinə müsahibəsində deyib ki, artıq 25 ildir ki, ölkəni idarə edən siyasi sinifi dəyişmək lazımdır.

Saakashvili qeyd edib ki, insanlar səfərbər olmalıdır bu dialoq prosesinin başlanğıcıdır.

***

Ukraynanın Ali Radası ətrafında Milli qvardiya və polis qüvvələrindən ikiqat sədd qurulub.

RİA Novostinin oktyabrın 17-də verdiyi məlumata görə, bunu özünün Feysbuk səhifəsində deputat Mustafa Nayem yazıb.

Onun sözlərinə görə, parlamentin yerləşdiyi məhəllə tam mühasirəyə alınıb, Konstitusiya meydanına gələnləri isə yalnız xüsusi yerlərdən buraxırlar.

Kiyevdə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

“Yeni qüvvələr hərəkatı”,“Batkivşina” və “İctimai mövqee” partiyalarının yüzlərlə tərəfdarı bundan əvvəl parlamentin binası ətrafında etiraz aksiyasına çıxıblar.

Məlumata görə meydanda səhnə qurulub,onların arasında komfulyaj geyimdə olan xeyli adam və pensiyaçılar da var.

Mitinqi Odessa vilayətinin keçmiş qubernatoru və “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mikheil Saakashvili başda olmaqla bir sıra siyasi partiyalar təşkil edib.

Mikheil Saakashvili
Mikheil Saakashvili

Səhər saatlarında Lyuteranskaya, Kuruqlouniversitetskaya, Qorodetsk və bir neçə ətraf küçə rəsmən bağlanıb.

Buna da bax: "Saakashvili Ukraynadan siyasi sığınacaq istəyib"

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG