Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:27

Uill Smit ən yaxşı baş rola görə 'Oskar' aldı


Uill Smit (sağda) "Oskar" mərasimində
Uill Smit (sağda) "Oskar" mərasimində

Los-Ancelesdə Amerika Kino Akademiyasının "Oskar" mükafatını təqdimetmə mərasimi keçirilib.

Təşkilatçılar Rusiyanın Ukraynaya qarşı müharibəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Qara fonda yerləşdirilmiş müraciətdə onlar qeyd ediblər ki, hazırda Ukraynada milyonlarla ailənin qidaya, qana, dərman vasitələrinə ehtiyacı var və bu ölkəyə dəstəyə çağırıblar.

"İlin ən yaxşı" filmi adına "CODA (child of deaf adults)" filmi layiq görülüb. Filmdə lal-kar ailənin həyatından söz açılır. Onların həyatı 17-yaşlı Rubi, ailənin yeganə eşidən üzvü musiqi məktəbinə daxil olanda dəyişir.

Film üç nominasiyaya təklif edilib, üçünü da qazanıb. İkinci dərəcəli rol üzrə "Oskar"a Troy Kotsur layiq görülüb. O, aktyor nominasiyasında bu mükafatı alan ikinci kar oyunçudur. Film "Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyasında da qalib olub.

Ən yaxşı kişi roluna görə "Oskar"ın qalibi "King Richard" filmindəki roluna görə Uill Smit seçilib. Smit ilk dəfədir Amerika Kino Akademiyasının mükafatını alır. "Ən yaxşı aktrisa" mükafatına isə "The Eyes of Tammy Faye" filmindəki roluna görə Cessika Çesteyn layiq görülüb.

"Ən yaxşı rejissor" adını "The Power of the Dog" filminə görə Ceyn Kempion alıb. Kennet Brananın "Belfast"ı ən yaxşı orijinal ssenari seçilib.

"Encanto" ən yaxşı tammetrajlı animasiya filmi elan edilib. Ən yaxşı qısametrajlı animasiya filmi adına isə Alberto Myelqonun "The Windshield Wiper"i layiq görülüb.

"Ən yaxşı mahnı" mükafatını Billi Aylişin "No Time To Die" mahnısı alıb. O, Ceyms Bond haqda eyniadlı filmin saundtrekidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG