Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:53

UEFA Ukraynanın futbol formasında Rusiyaya ‘bir qədər’ güzəştə gedir


Ukrayna futbol millisinin yeni formasındakı şüar
Ukrayna futbol millisinin yeni formasındakı şüar

Avropa futboluna rəhbərlik edən UEFA Ukrayna Futbol Assosiasiyasına Ukrayna milli futbol yığmasının yeni formasından “Qərhrəmanlara eşq olsun!” şüarını yığışdırmağı tapşırıb.

Ukrayna millisi bu forma ilə pandemiyaya görə vaxtı dəyişdirilmiş Avro-2020 çempionatında çıxış etməlidir.

Bu barədə məlumatı AFP agentliyi və bir sıra idman saytları yayıb.

Ukrayna tərəfi yeni formanın modelini UEFA-ya çempionat ərəfəsində təqdim etmişdi.

Bu formanın köynəyində “Ukraynaya eş olsun!” və “Qəhrəmanlara eşq olsun!” şüarları yazılıb.

Rusiya niyə hiddətlənib?

Ukraynanın yeni futbol forması Rusiyanın bir çox siyasətçiləri və idman rəsmiləri tərəfindən tənqid olunurdu.

Rusiyanı ilk növbədə qıcıqlandıran formadakı Ukrayna xəritəsinin cizgisidir. Bu xəritə Moskva tərəfindən 2014-cü ildə ilhaq edilmiş Krım yarımadasını Ukrayna ərazisi kimi göstərir.

Daha doğrusu bu xəritə Ukraynanı beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər daxilində təsvir edir.

Buna baxmayaraq Rusiya Futbol İttifaqı (RFİ) məsələ ilə bağlı UEFA-ya şikayətlə müraciət edib.

Şüarın biri gedir, biri qalır...

Rusiya mediası xəbər verir ki, UEFA Ukrayna xəritəsinin və “Ukraynaya eşq olsun!” şüarının formada saxlanmasına icazə verib.

Avropa futbol idarəsi Kiyevdən yalnız açıq siyasi səciyyə daşıyan “Qəhrəmanlara eşq olsun” şüarının götürülməsini rica edib.

Rusiya rəsmiləri iddia edirlər ki, bu iki şüarın bir kontekstdə işlədilməsi adətən Ukrayna millətçi təşkilatları ilə əlaqələndirilir.

Ukrayna Futbol Federasiyasından AzadlqıRadiosunun Rus xidmətinə bildiriblər ki, Kiyev formanın olduğu kimi saxlanması üçün UEFA ilə yazışmadadır.

Bundan əvvəl Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Pavelko bildirmişdi ki, milli yığmanın yeni forması UEFA ilə razılaşdırılıb və buna görə də ləğv oluna bilməz.

Məsələni qəlizləşdirən budur ki...

2018-ci ildə dünya futbol təşkilatı – FIFA Xorvatiya yığmasının məşqçilərindən biri - Oqnen Vukoyeviçi 15 min İsveçrə frankı (17 min dollar) məbləğində cərimələmiş, həmin komandanın müdafiəçisi Domaqoy Vidaya isə xəbərdarlıq etmişdi.

Səb’b onların Dünya Çempionatının dörddə bir finalında Rusiya komandası üzərində qələbədən sonra Instagramda yerləşdirdikləri videoçarx idi.

Oqnen Vukoyeviç (solda) və Domaqoy Vida əvvəllər Dinamo Kiyevdə oynayıblar
Oqnen Vukoyeviç (solda) və Domaqoy Vida əvvəllər Dinamo Kiyevdə oynayıblar

Bu videoda Vukoyeviç qələbənin Ukraynaya h’sr olunduğunu demiş, Vida isə “Ukraynaya eşq olsun!” şüarını səsləndirmişdi.

FIFA bunu siyasi bəyanat kimi qiymətləndirmişdi.

Rusiya tərəfindən ilhaq edilmiş Krımın futbol komandaları Rusiya çempionatlarında iştirak etmirlər.

Bəzi məlumatlara görə Moskva bunu beynəlxalq sanksiyalarla üzləşməmək məqsədilə edir.

Ukraynanın yeni forması ilə bağlı problemi bir az da qəlizləışdirən budur ki, Avro 2020-nin ev sahibliyini Rusiya edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG