Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

UEFA Superkuboku matçında qadınlar hakimlik edəcəklər


Stephanie Frappart
Stephanie Frappart

Avqustun 14-də istanbulda UEFA Superkuboku uğrunda matç keçiriləcək.

Bu matçda iki İngiltərə klubu – Çempionlar Liqasının qalibi Liverpool və Avropa Liqasının mükafatçısı Chelsea qarşılaşacaqlar.

Bu turnirin tarixində ilk dəfə olaraq oyuna fransız Stephani Frappart başda olmaqla qadınlardan ibarət briqada hakimlik edəcək.

35 yaşlı Frappart keçmiş futbolçudur. O bu yaz ilk dəfə olaraq Fransa kişi futbolu üzrə birinci liqanın matçına hakimlik edib.

O habelə bu il qadın futbolu üzrə Dünya Çempionatının matçlarında hakim olub.

UEFA hakimlər komitəsinin başçısı Roberto Rosetti deyib ki, Frappart yüksək səviyyəli matça arbitrlik etmək üçün bütün keyfiyyətlərə malikdir.

Stephani Frappartın Superkubok matçına hakim təyin edilməsini Chelsea və Liverpool klubları da alqışlayıblar.

Chelsea klubunun baş məşqçisi Frank Lampard deyib ki, “bu tarixi an və irəliyə doğru atılmış böyük addımdır”.

Liverpool klubunun məşqçisi Jurgen Klopp “bu tarrixi anın iştirakçısı olduğu üçün özünü xoşbəxt saydığını” deyib.

Frappartın özü deyib ki, matç zamanı səhv qərarlar qəbul etməkdən qorxmur:

“Düşünmürəm ki, mümkün səhvlərə görə məni ikiqat tənqid edəcəklər. Əlbəttə, kişi və qadın futbolu keyfiyyətcə fərqlənir, amma oyunun qaydaları eyndir. Biz sübut etmişik ki, texniki və fiziki baxımdan kişilərlə eyni səviyyədə çıxış edə bilirik”.

XS
SM
MD
LG