Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:39

UEFA Avropa Liqasının kuboku Bakıda (Video)


Anderson Luis de Souza (Deku) və Nihat Kahveci Bakıda, keçmiş futbolçular

Azərbaycanın UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final görüşünə ev sahibliyi etməsi ilə əlaqədar martin 3-də Bakıda “Ulduzlar Finalı" adlı yoldaşlıq görüşü keçirilib.

Milli Azərbaycan Ədəbiyyatı muzeyinin qarşısında keçirilən oyunu yerli azarkeşlər, keçmiş və gənc futbolçularla yanaşı prezident İlham Əliyev də izləyib.

İlham Əliyev mərkəzə gəldi, futbola baxdı
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Bu münasibətlə UEFA Avropa Liqasının kuboku prezident İlham Əliyevə təqdim edilib və bundan sonra Ulduzlar finalı” yoldaşlıq görüşü başlayıb.

Oyunda tanınmış fudbolçulardan Deku, Həmid Altıntop, Nihat Kahveçi, Andrey Arşavin, həmçinin yerli veteran fudbolçulardan Nazim Süleymanov və Vəli qasımov , habelə gənc futbolçular iştirak ediblər.

Qeyd edək ki, 2019-cu il UEFA Avropa Liqasının final oyunu Bakı Olimpiya stadionunda keçiriləcək.

Artıq fevralın 28-dən biletlərin satışına başlanıb.

Final oyunu üçün ümumilikdə 64 min bilet satışı nəzərdə tutulur.

Anderson Luis de Souza (Deku) və Nihat Kahveci oyundan sonra azarkeşlərlə görüşüb, onlara imza verib, şəkil çəkdiriblər.

Nihat Kahveçi
Nihat Kahveçi

XS
SM
MD
LG