Keçid linkləri

2026, 17 Avqust, bazar ertəsi, Bakı vaxtı 05:30

UDM-də 7 faizə yaxın artım olduğu deyilir, səbəbi…

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Bəzi ekspertlər hesab edirlər ki, Ümumi Daxili Məhsulun həcminin 6 faiz üzərində artması ilə bağlı fikir inandırıcı deyil

Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, müşavirədə prezident deyib ki, ölkənin iqtisadi göstəriciləri çox müsbətdir.

Onun vurğulamasına görə, birinci rübdə ümumi daxili məhsul (ÜDM) 6,8 faiz artıb.

“Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb” - İlham Əliyev.

Ölkə başçısının deməsinə görə, xarici ticarətin balansı da çox müsbətdir. O, əlavə edib ki, müsbət saldo - cəmi üç ayda 5 milyard dollardan çoxdur:

“Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir.”

“Neftin və qazın qiymətləri fantastik dərəcədə yüksəlib”

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun 5 milyard dollardan çox olması ilə bağlı söylənən fikir doğru ola bilər:

“Çünki dünya bazarlarında neftin və qazın satış qiymətləri fantastik dərəcədə yüksəlib”.

Lakin ekspert hesab edir ki, Ümumi Daxili Məhsulun həcminin 6 faiz üzərində artması ilə bağlı fikir inandırıcı deyil:

“Çünki digər makroiqtisadi göstəriciləri təhlil etsək görərik ki, o dərəcədə artım ortaya çıxmır”.

Xatırlatma

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ildə isə ölkədə 92857,7 milyon manatlıq ÜDM istehsal edilib.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox idi.

XS
SM
MD
LG