Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 01:34

Amerika Mərkəzi Bankı faizi artıracaqmı?


Dollar
Dollar

Amerika Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FES) yaxın zamanlarda faiz dərəcəsini artıra bilər. Bunu Nyu-Yorkun FES rəhbəri William Dudley deyib.

«Reuters»in xəbərinə görə, o, əmək bazarının güclənməsinə və ödəmələrdə artımlara diqqət çəkib: «Faizlərin artırılmasının uyğun olduğu yerə yaxınlaşırıq».

W.Dudley «sentyabrın ortasında keçiriləcək pul siyasəti komitəsinin toplantısında faiz artırıla bilərmi» sualına belə cavab verib: «Mümkün olduğunu hesab edirəm. İqtisadi göstəricilərin necə olduğuna baxmalıyıq».

Ekspertlərin fikrincə, sentyabrın 20 və 21-də keçiriləcək Açıq Bazar Komitəsinin toplantısında bunun baş vermə ehtimalı 20 faizdən bir qədər çoxdur. Dekabrda isə faiz artımı ehtimalı daha yüksəkdir.

XS
SM
MD
LG