Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:42

Ucar sakini: ‘Bu suyu içmirik, içsəydik, binada salamat adam qalmazdı’


Ucar sakinləri: "Suyu heyvana veririk, başıyla geri itələyir, vurur dağıdır, içmir..."

"Suyu heyvana veririk, başıyla geri itələyir, vurur dağıdır, içmir. Ancaq biz o sudan məişətdə istifadə etməyə məcburuq. Düzdür, içməyə qorxuruq, içsəydik, indiyədək bu binada salamat adam qalmazdı, hamımız çoxdan yatalaqdan-filandan tutub ölmüşdük. Ancaq məişətdə istifadə etmək üçün başqa yolumuz yoxdur".

Bunu AzadlıqRadiosu-na Ucardakı pambıq zavodunun 16 mənzilli, ikimərtəbəli binasının sakini Teymur Əhmədov deyir.

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

“ÖZ HESABIMIZA TRAKTOR GƏTİRİB QAZDIRIRIQ”

30 il əvvəl tikilərək pambıqçıların istifadəsinə verilən ikimərtəbəli bina Ucarın girişinə yaxın ərazidə yerləşir. Sakinlərin deməsinə görə, rayonun mərkəzinə, qonşu rayona və kəndlərə gedən telefon, qaz, su xətləri evin yaxınlığından keçsə də, illərdir ki, onlar bu xətlərdən istifadə etməkdən məhrumdurlar. Teymur Əhmədov davam edir:

30 il əvvəl tikilərək pambıqçıların istifadəsinə verilən ikimərtəbəli bina.
30 il əvvəl tikilərək pambıqçıların istifadəsinə verilən ikimərtəbəli bina.

"Bizdən 2 kilometr o tərəfə – Zərdaba qaz xətti keçib gedir, bizə qaz verilmir. Bu biri tərəfimizdən bizdən 1,5 kilometr məsafədəki Güləbənd kəndinə qaz verilir, bizə yox... Telefon xətti binamızın qarşısından keçib kəndlərə gedir, ucqar kənddəkilər telefondan istifadə edirlər, bizim binaya telefon xətti çəkilmir. Su məsələsi isə sadəcə, biabırçı durumdadır. Meşədən keçib gələn Qəzyan arxı var, zibilliklərdən keçib gəlib bizim binaya çatır. Biz o arxı ildə 3-4 dəfə öz hesabımıza traktor gətirib qazdırırıq, qamışdan, yığılan zibillərdən, qurbağalardan təmizləyirik ki, su, azca da olsa, təmizlənsin".

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

Vaxtilə binada qaz, su xətləri olub. Üstəlik də sakinlər nə mavi yanacaq, nə də su sarıdan korluq çəkməyib. Ancaq bu rahatlıq bina istifadəyə veriləndən sonra cəmi 7 il yaşanıb. 1994-cü ildə yerli qaz idarəsinin işçiləri binadakı qaz xətlərini kəsərək aparıblar.

“23 İLDİR ODUNDAN İSTİFADƏ EDİRİK”

Bina sakini Sevda Namazova:

"Nə səbəbdən gəlib qaz xəttini kəsdilər, biz də bilmədik. O gün, bu gün, 23 ildir gedirik, deyirik, ‘gətirin vaxtilə kəsdiyiniz qaz xətlərini yerinə birləşdirin’, deyirlər, ‘mümkün deyil’. Səbəbini isə izah etmirlər. Suya gəlincə, imkanı, maşını olan həftədə iki dəfə ətraf kəndlərə gedir, su qablarını doldurub yük yerinə vurub gətirir. İmkansız ailələr var ki, o işi görmək üçün kilometrlərlə yolu piyada gedib-gəlirlər. Ən yaxını 2-3 kilometr olan yerlərdən su daşımaqdan belim əyilib. Qaz xətləri kəsilib, 23 ildir odundan istifadə edirik. İndiki vaxtda binada yaşayasan və odun qalayıb çay isidəsən, yemək bişirəsən... Sanki rayon rəhbərliyi 16 ailəni dəftərdən silib, atıb".

Binanın ətrafı
Binanın ətrafı

Sakinlərin sözlərinə görə, əsas çətinlik qış aylarında olur. Həm su daşımaq, həm də odun əldə etmək qəlizləşir.

“MƏMURLARIN VECİNƏ DEYİL”

İkimərtəbəli, 16 mənzilli binanın 72 sakini var. Onlar sosial şəraitlərinin yaxşılaşdırılması üçün aidiyyəti qurumlara da müraciət ediblər. Lakin indiyədək müsbət cavab almadıqlarını deyirlər. Sevda xanım deyir, sonda utana-utana ölkə başçısına yazıblar:

Buna da bax: Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

"İndiki vaxtda vətəndaşların suya, qaza görə ölkə başçısına yazması o şəraiti yaratmalı olan məmurlar üçün xəcalət, utancverici hal olmalıdır. Çünki bu məsələlərin aradan qaldırılması üçün büdcədən pullar silinir. Ancaq məmurların vecinə də deyil. Əsas odur ki, özləri və ailələri, yaxınları isti-soyuq suyu, işığı, qazı daimi olan villalarında öz həyatlarını rahat yaşasınlar".

Ucar rayon icra hakimiyyətindən "Qaynar xətt"ə yalnız o bildirilib ki, binadakı vəziyyətlə tanış olmaq üçün həmin ünvana nümayəndələr göndəriləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG