Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:02

Kənddə çaqqal sürüylə gəzir


İllüstrasiya
İllüstrasiya

►Şahlıq kəndi sakini Səmayə Hüseynova deyir, səhər həyətdəki mətbəxdə yemək hazırlayarkən çaqqal, az qala, ayağını dişləyəcəkmiş

“Qapıdan çölə boylana bilmirik. Kənddə çaqqal sürüylə gəzir. Həyətyanı sahələrə girirlər, bostanlara, əkin sahələrinə zərər vururlar, uşaqlara cumurlar”.

Ucarın Şahlıq kəndinin sakinləri AzadlıqRadiosuna yazırlar ki, havalar isti keçəndən həyət-bacadan çaqqal “əskik”deyil.

TƏLƏYƏ İKİ ÇAQQAL DÜŞÜB

Kənd sakini Nemət İsgəndərovun sözlərinə görə, gücləri yalnız canlarını qorumağa yetir. Təsərrüfatsa günbəgün əldən gedir:

“Qoruya bilmirik. Bir gecədə 30-dan çox toyuq-cücəmi məhv elədilər. Əkin sahəsindəki şitillərimiz də çaqqalların güdazına getdi. Uşaqları məktəbə buraxmıram. Kol-kosdan çaqqal tullanır. Daha çox gecələr gəlirlər. Bir də boylanıram ki, həyətdə 5-6 çaqqal var. Qaş qaralanda hini, tövləni daş-kəsək parçaları ilə örtürəm ki, girə bilməsinlər”.

Kənd sakini Cümə Aslanovsa həyətində tələ qurub. 3 gün əvvəl tələyə iki çaqqal düşdüyünü deyir. Ancaq onu da bildirir ki, kəndlinin qurduğu tələ problemi həll eləmir:

“Bunun qarşısı kütləvi alınmalıdır. Məsələylə icra hakimiyyəti, baytarlıq idarəsi məşğul olmalıdır. Tülkü, çaqqal, canavar əvvəllər kənddə təkdənbir gözə dəyərdi. İndi sürüylə gəlirlər. Çoxalıblar, bizdə də qorunmağa silah yox… Bir çarə eləsinlər”.

MƏTBƏXDƏ ÇAQQAL AYAĞINI DİŞLƏYƏCƏKMİŞ

Sakinlər deyirlər, yırtıcılar, əsasən, ev quşlarına hücum edirlər. Hətta gündüz çağı həyətə rahatca daxil olub insanların gözü qarşısında toyuq-cücə qamarlayıb aparan “ürəkli” çaqqallar da var. Səmayə Hüseynova səhər o başdan həyətdəki mətbəxdə yemək hazırlayarkən çaqqal, az qala, ayağını dişləyəcəkmiş. Deyir, qışqırtısına övladları gəlib, çaqqal qaçıb. Qonşuluğunda yaşayan və satmaq məqsədilə ev quşları bəsləyən İbrahim kişi isə daha bazara alverə gedə bilməyəcək. Çünki 5-6 hinduşkanı və 10-12 toyuğu satıb pula çevirməyə macal tapmamış çaqqallar boğub.

Şahlıq kəndi Ramal kənd bələdiyyəsinin ərazisinə aiddir.

Bələdiyyədən bildiriblər ki, son vaxtlar kəndə yırtıcı heyvanların hücumunun artmasıyla bağlı əlaqədar təşkilatlara məlumat verilib. Baytarlıq idarəsindən kömək istənilib. Yardım olunana qədərsə kəndlilər özləri əllərində çomaq, canlarını və təsərrüfatlarını qorumaqda davam etməlidilər.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)

Ramazanın başlanğıcı ətrafında yenə mübahisə düşdü. Hətta birliyə çağırmağın özü mübahisə yaratdı
Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (8 iyun)

İlham Əliyevə belə etiraz edən olmamışdı - Bəs polis hara baxır?
XS
SM
MD
LG