Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:38

'Uşaqpulu bərpa edilsin'-deputatdan təklif


Ə.Məsimli
Ə.Məsimli

Deputat Əli Məsimli aprelin 24-də Milli Məclisin plenar iclasında uşaqlara aylıq müavinətlərin (uşaqpulu) verilməsinin bərpa olunmasını təklif edib.

"Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq", - o deyib.

Bundan əlavə, Ə.Məsimli həmçinin, adına pay torpağı olan şəxslərə də 190 manatlıq yardımın verilməsini gərəkli sayıb.

2006-cı ilə qədər Azərbaycanda uşaqlara aylıq müavinətlər verilib. 2006-cı ildə bu, ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

Uşaq puluna ehtiyac varmı?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Bu il martın 19-da isə Prezident İlham Əliyev koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə sərəncam verib. Bu sərəncama əsasən, Azərbaycanda işsiz kimi qeydiyyatda olan şəxslərə də 190 manat yardım verilir.

Yardım aprel və may ayları ərzində veriləcək.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da martın 24-dən xüsusi karantin rejimi tətbiq edilib. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.

Amma adına pay torpağı olan şəxslərə, işsiz olsalar da, bu yardım verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG