Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:52

Uşağın zəncirə vurulması iddiası ilə cinayət işi açılıb


İllüstrasiya
İllüstrasiya

Bakı şəhərində 9 yaşlı uşağın zəncirə vurulması iddiası ilə cinayət işinin açıldığı bildirilir.

Bu barədə bu gün, avqustun 21-də Bakı şəhər prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələrində azyaşlını valideynininzəncirlə bağlaması barədə məlumatlar dərc olunub.

Prokurorluq vurğulayıb ki, həmin xüsusat üzrə araşdırmalar aparılıb və cinayət işı açılıb.

Məlumatda o da bildirilib ki, uşağın nadicliyinə görə, anasının bu əməli ilə üzləşməsinə dair əsaslı şübhələr yaranıb.

“...Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, məlumatda yazılıb.

Bu açıqlamaya, hələlik, günahlandırılan qadının, onun vəkilinin və ya uşağın başqa yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Əgər, həmin maddə üzrə ananın təqsirli olduğu müəyyən edilərsə, ona üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG