Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

'Uçot dərəcəsi enir, kredit faizləri yox'


R.Ağayev
R.Ağayev

«Uçot dərəcəsinin enməsinin kredit faizlərinə təsir göstərməməsinin bir sıra səbəbləri var».

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

R.Ağayev deyib ki, bu səbəblərdən biri sərbəst vəsaitin çatışmaması ilə bağlıdır. Ekspertə görə, daha bir səbəb investisiya, eləcə də qiymətli kağızlar bazarının normal şəkildə fəaliyyət göstərə bilməməsindən irəli gəlir.

R.Ağayev vurğulayıb ki, daha bir səbəb isə biznesin dayanıqlı olmaması, vəsait itirmək riskinin yüksək olması ilə əlaqəlidir: «Banklar özlərini sığortalamaq məqsədilə kreditləri yüksək faizlə verirlər. Məsələn, bank arxayın olsa ki, bu krediti müştəri ödəyə biləcək, onu daha aşağı faizlə verə bilər, amma hazırda elə bir mühit mövcud deyil».

R.Ağayev kreditlərdə faizlərin yüksək olmasının bir səbəbi kimi də bankların da vəsaiti baha almasını göstərir: «Yəni, uçot dərəcəsinin yüksək olması depozitlərin qoyulmasını da bahalaşdırır. Tutaq ki, vaxt var idi, uçot dərəcəsi 15 faizi idi. O zaman bu faizlə depozit qəbul edən bank bunu kredit kimi verə bilmək üçün yüksək faiz qoyur və beləliklə bahalı kredit yaranır, bu da cəlbedici olmur».

Ekspert hesab edir ki, bu bazarın normal fəaliyyətindən ötrü istiqraz, qiymətli kağızlar bazarı və investisiya qoyuluşu normallaşmalıdır.

Xatırlatma

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 1-də uçot dərəcəsinin 0.5 faiz azaldılması haqqında qərar verib. Bu, 9.75 faizdən 9.25 faizə endirilib.

Qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9.75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 (±2 faizlik simmetrik diapazonda) səviyyəsində saxlanmışdı.

Lakin ondan öncə Mərkəzi Bank uçot dərəcəsini 2018-ci il ərzində bir neçə dəfə endirmişdi.

Bank kreditləri bəzən 30 faizdən belə yüksək olur və hələlik, faizlərdə ciddi enmə müşahidə edilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG