Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

“Tvitter” ABŞ Konqresinə seçkini baykota çağıran 10 mindən çox hesabı silib


"Tvitter"in rəsmi logosu
"Tvitter"in rəsmi logosu

“Tvitter” ABŞ-da keçiriləcək aralıq seçkilərdə iştirak etməməyə çağıran 10 mindən çox şübhəli hesabı silib.

Bu barədə Reuters agentliyi “Tvitter” in nümayəndəsi Yan Plankett-ə (Ian Plunkett) istinadla xəbər verir.

Agentliyin məlumatına görə, bu sentyabr-oktyabr aylarında baş verib.

Onların hamısı “Demokrat Partiyası” tərəfdarlarının hesabı kimi qələmə verilirmiş.

Qeyd edək ki. noyabrın 6-da ABŞ Konqresinə seçki keçiriləcək.

“Tvitter” bildirir ki, bu səsvermə sosial şəbəkələrdə əvvəlki seçkidən daha yadda qalan olub.

İstifadəçilər oktyabrın 1-dən 10 milyondan çox yazı dərc ediblər.

“Feysbuk” və “Tvitter” in baş menencerləri sentyabrın əvvəllərində ABŞ Senatının kəşfiyyat komitəsində, ABŞ demokratiyasına xarici hücumların qarşısını almaq üçün gördükləri tədbirlər barədə məlumat vermişdilər.

Qeyd edək ki, ABŞ ölkədə keçirilən seçkilərə müdaxilədə əsasən Rusiyanı günahlandırır.

Moskva ittihamı rədd edir.

Hazırda ABŞ-da, Rusiyanın bu ölkədə keçirilən ötən prezident seçkisinə müdaxiləsi araşdırılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG