Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:30

Qırğızstan məhkəməsidən tənqidi TV kanalı ilə bağlı qərar


arxiv foto

Qırğızstan hökuməti özəl telekanal "Sentyabr" TV-nin bağlanmasına qərar verib. Səbəb kimi kanalda ekstremist məzmunlu materialların yayılması göstərilir.

Bu haqda avqustun 22-də Bişkekin Birinchi Mai rayon məhkəməsi ölkə prezidenti Almazbek Atambaevi də tənqid edən kanalın həm digital, həm də online yayımını dayandırması ilə bağlı qərar çıxarıb.

"Sentyabr" kanalının təmsilçiləri deyiblər ki, onlara məhkəmə iclası başlamadan bir neçə müddət öncə iş haqda məlumat verilib.

Baş Prokurorluq kanalı Cənubi Osh regionun keçmiş polis rəisi Abdylda Kaparovun o zamankı baş nazir Sooronbey Jeenbekov və onun qardaşı, millət vəkili Asylbek Jeenbekovun ünvanına təhqir səslənən müsahibəni yaymaqda suçlayır.

Həmin müsahibədə Kaparov iddia edir ki, Jeenbekov qardaşları 2010-cu ildə Olshda özbək və qırğızlar arasındakı ölümlə nəticələnən etnik toqquşma törətməkdən ötrü dövlət fondundan 3 milyon istifadə edib.

Jeenbekov avqustun 21-də istefa verib. O, 15 oktyabrda Mərkəzi Asiya ölkəsində keçiriləcək prezident seçkilərinə fokuslanmaq istədiyini bəyan edib.

Atambaev-in yenidən seçkilərə qatılmasını ölkə konstitutsiyası yasaqlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG