Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 08:39

Türkmənistanda güc strukturları meyvəz-tərəvəz yetişdirib, at saxlayacaqlar


Gurbanguly Berdymukhammedov, 28 aprel 2018

Türkmənistanda meyvə və tərəvəz yetişdirmək üçün hərbi və hüquq-mühafizə orqanlarına torpaq ayırıb. Bu barədə ölkənin rəsmi xəbər agentliyi məlumat yayıb.

Amma bu xəbərdə güc strukturlarına nə qədər torpaq sahəsi və həmin ərazilərə uyğun nə qədər plan öhdəliyi qoyulduğu barədə məlumat verilmir.

Qeyd olunur ki, özündən əvvəlki ölkə prezidenti Saparmurad Niyazovdan nümunə götürən Gurbanguly Berdimuhamedov hərbçi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına meyvə yetirşirmək tapşırığı verib və həmçinin heyva mürabbəsinin insan sağlamlığına təsirindən danışıb.

Gurbanguly Berdimuhamedov, 11 iyun 2020
Gurbanguly Berdimuhamedov, 11 iyun 2020

Dövlət başçısı bir neçə gün əvvəl Maru şəhərinə səfəri zamanı satıcılara artıq qalan meyvələrdən kampot və mürəbbə bişirməyi tövsiyə edib.

Hərbçilərin meyvə-tərəvəz becərməsi ilə bağlı ilk dəfə təkliflər bu ilin yanvarında kartof istehsalı ilə bağlı müzakirələrdə sələndirilib.

Berdimuhamedov iyunun 11-də güc strukturlarının nümayəndələri ilə Köpetdağın ətəyində görüşdə atçılıq təsərrüfatları və digər layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparıb.

XS
SM
MD
LG