Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Türkmənistan polisinə arıqlamaq üçün bir ay vaxt verilib


Türkmənistanda polis, arxiv foto
Türkmənistanda polis, arxiv foto

Türkmənistan daxili işlər nazirliyinin əməkdaşları hazırda attestasiyadan keçirlər. Qarşıya qoyulan tələblərdən biri əməkdaşların çəkisinin azaldılması ilə bağlıdır.

Verilən məlumata görə, hüquq mühafizə əməkdaşlarından tələb olunan odur ki, çəkiləri 100 kiloqramı keçməsin.

AzadlıqRadiosunun əməkdaşları ilə danışan polis əməkdaşlarının sözlərinə görə, tələblər sərt şəkildə irəli sürülüb. Xüsusilə, Daxili İşlər Nazirliyinin hazırkı rəhbərinin "yağlı polisləri sevmədiyini" izah edərək polisə çəkini tənzimləmək üçün bir ay vaxt verilib.

"Şifahi sərəncama uyğun olaraq, bütün polis bölmələrinin işçilərinə xəbərdarlıq edilib ki, dekabrın 25-dək arıqlaya bilməyən hər kəs, rütbəsinə baxmayaraq işdən azad olunması ilə bağlı ərizə yazmağa məcbur ediləcək".

Türkmənistanın Marı şəhərindən gələn xəbərlərdə hazırda yerli polislərin arıqlamaq tələbləri ilə fiziki təlimlərə başladıqları bildirilir.

"Hər gün Marıdakı Aşqabad küçəsindəki stadionda arıqlamaq tələbi ilə polislərin qaçdığını görmək olar. Bundan başqa polislər futbol və "İlham" sarayındakı idman zalında voleybol oynayırlar" deyə AzadlıqRadiosunun müxbirləri bildirirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG