Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 01:40

Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir


Türkmənistanda prezident seçkisi, arxiv foto
Türkmənistanda prezident seçkisi, arxiv foto

Türkmənistanda hazırkı prezidentin oğlunun qalib gəlməsinə hesablanan olan prezident seçkiləri keçirilir

Martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir. Bu seçkilər siyasi hakimiyyətin hazırkı avtokratik Qurbanqulu Berdiməhəmmədovdan oğlu Serdara ötürülməsi üçün formallıq kimi dəyərləndirilir.

Səsvermə bülletenində 40 yaşlı Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovla yanaşı daha 8 namizəd var. Onların hamısı prezidentə sadiq olduqları ilə tanınır və əsl rəqib hesab edilmirlər.

64 yaşlı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu il fevralın 11-də parlamentin yuxarı palatasında hakimiyyətin “gənc liderlərə” verilməsinə icazə vermək üçün kənara çəkilmək niyyətində olduğunu söylədikdən sonra baş verir.

Əksər müşahidəçilər bunu onun prezident kürsüsünü sentyabrda 40 yaşı tamam olan oğluna təhvil verməyə hazırlaşdığının göstəricisi kimi qiymətləndirib.

Beləki 40 yaş ölkə konstitusiyaya görə prezident olmaq üçün tələb olunan minimum yaş həddidir. Qurbanqulu Berdiməhəmmədovun çıxışının səhərisi gün parlament növbədənkənar prezident səsverməsinin tarixini elan edib.

Fevralın 15-də isə Serdar Berdıməhəmmədov Türkmənistanın hakim Demokrat Partiyasını təmsil edən namizəd kimi rəsmən qeydə alınıb.

Türkmənistan 1991-ci ildə müstəqillik əldə etdikdən bəti ölkədə keçirilən seçkilərin heç biri beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli sayılmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG