Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 08:54

Türkmənistan İrandan borcunu beynəlxalq arbitrajla almaq istəyir


Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov Belek qaz-kompressor stansiyasında

Azathabar saytı xəbər verir ki, dekabrın 4-də Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedovun videoselektor müşavirəsində “Turkmenqaz”dövlət konserninin yeni təyin olunmuş sədri Mırat Arçayev hesabatla çıxış edib.

TDX dövlət agentliyinin verdiyi məlumatda deyilir ki, Arçayev prezidentə İran Milli Qaz Şirkətinin Türkmənistana qaz üçün ödənməmiş böyük borcunun yığılıb qaldığı barədə məlumat verib.

Arçayevin dediyinə görə, İran tərəfi bu məsələnin “qarşılıqlı sərfəli və obyektiv çözümü üçün” beynəlxalq arbitraj məhkəməsinə müraciət etməyi təklif edib.

Berdımuxammedov bu məlumatı dinlədikdən sonra arbitraj məhkəməsi üçün sənədlərin hazırlanmasına sərəncam verib.

“Turkmenqaz” bu yaxınlarda əldə olunmuş razılaşmalara baxmayaraq yanvarın 1-dən İrana qaz verilməsini dayandırıb.

Aşqabad bəzi məlumatlara görə İranın 2 milyard dollara yaxın borcu ödəməsini tələb edir.

İran borclu olduğunu inkar etməsə də borcun məbləği məsələsinə yenidən baxılmasını istəyir. Bütün 2017-ci il ərzində İran Milli Qaz şirkəti türkmən tərəfini dəfələrlə beynəlxalq məhkəmə ilə hədələyib.

Maraqlıdır ki, Türkmənistanın rəsmi mediası da ölkə Xarici İşlər Nazirliyinin pres-relizindən sonra bu hadisə barədə yazıb.

AzadlıqRadiosu yazır ki, Türkmənistanın öz təxminlərinə görə İranın borcu ölkə büdcəsinin 7 faizini təşkil edir.

Ölkənin gələn il üçün büdcəsi 95 milyard manat (27 milyard dollar) civarinda təxmin edilir.

Enerji ixracı büdcə gəlirlərinin 70 faizini təşkil edir.

Bununla belə Türkmənistanın Çinlə qaz sövdələşməsi barədə rəsmi məlumat hələ də açıqlanmayıb.

Məlum olan budur ki, Aşqabad Çinə qaz kəmərinin çəkilməsi üçün bu ölkədən milyardlarla dollar kredit alıb.

Bundan başqa Türkmənistanın Çindən milyardlarla dollarlıq silah aldığı da xəbər verilir.

Türkmənistan Çinə qaz satışından 2018-ci ildə 6 milyard dollar gəlir əldə edəcəyini bildirir.

AzadlıqRadiosu qeyd edir ki, Aşqabad ötən payız təkcə Qapalı Asiya Oyunlarının keçirilməsinə 5 milyard dollar xərcləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG