Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:09

HRW Türkmənistana izləmə avadanlığının satıla biləcəyindən narahatdır


Prezident Gurbanguly Berdymukhammedov
Prezident Gurbanguly Berdymukhammedov

Human Rights Watch (HRW) insan haqları təşkilatı Almaniyanın texnoloji şirkətlərindən birini Türkmənistana satmağa hazırlaşdığı avadanlığın rəsmi Aşqabada internet saytlarını bloklamaq və insan haqlarını pozaraq qanunsuz izləmələr aparmaq imkanı verib-verməyəcəyi barədə açıqlama verməyə çağırıb.

Nyu Yorkda mənzillənmiş təşkilatın Almaniya üzrə direktoru Wenzel Michalski iyunun 25-də deyib: “Türkmənistan hökuməti mediaya nəzarət edir, öz tənqidçilərini müəyyənləşdirmək və təqib etmək məqsədilə kommunikasiyaların izlənməsini həyata keçirir”.

Türkmənistan mediası ötən fevral ayında yazırdı ki, Almaniyanın texnolji şirkətlərindən Rohde and Schwarz firmasının vise-prezidenti Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la görüşüb.

HRW məsələdən hali olan şəxsə istinadən bildirir ki, Türkmənistan hökuməti mobil telefon və peyk kommunikasiyalarını kəsmək, habelə internetə girişi bloklamaq imkanı verən texnolji avadanlıq almağa çalışır.

HRW ötən mart ayında Rohde and Schwarz şirkətinə ünvanladığı məktubda firmanın Türkmənistana belə bir avadanlığı satmaq niyyətində olub-olmadığını sual edir.

Bu məktuba cavab olaraq Rohde and Schwarz yazıb ki, şirkət təhlükəsizliklə bağlı məsələlərdə biznes və ya müştərisinin informasiyasını açıqlamır.

Şirkət bildirir ki, onun bütün biznes fəaliyyəti qanunlara tabeçilik prinsipinə uyğundur.

Beləliklə də Rohde and Schwarz bu prosesinin təfərrüatlarını və onun biznesinin insan haqlarını pozub-pozmadığı barədə informasiyanı açmır.

HRW-nin məktubunda Almaniya hökumətinə müraciətlə ondan öz şirkətlərinə Türkmənistana hökumətin tənqidçilərinin cəzalandırması imkanı verən vasitələrinsatışının qadağan olunmasını istəyir.

Berdymukhammedov keçmiş sovet respublikasına 2006-cı ildə prezident Saparmurat Niyazov-un vəfatından bəri rəhbərlik edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG